Tarix:02/10/14
Yeni aparat əvvəlki "Signature Touch" modelindən ucuz olması ilə fərqlənir, amma qiyməti təxminən 1.5 dəfə ucuzdur və eyni zamanda texniki xarakteristikaları oxşardır. "Aster" modelində Full HD (1920x1080 nöqtə) təsvir ölçüsünə malik 4,7 düymlük ekran, 13 meqapiksellik əsas kamera, dördnüvəli "Qualcomm" prosessoru ilə təchiz edilib və "Android 4.4 KitKat" əməliyyat sistemi ilə işləyir.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni "Aster" smartfonu "Vertu Certainty", "Life" və "Concierge" xidmətlərini dəstəkləyir. "Life" – bu, fərdi tədbir seçimidir. "Certainty" – müştərinin həyatının və telefonda məlumatların mühafizəsi üçün texnologiyalar dəstidir. "Concierge" – bu, telefon və ya elektron poçt üzrə demək olar, istənilən sualla bağlı sutkalıq dəstək xidmətidir.
"Vertu" üçün ənənəvi olaraq aparatın korpusu titan və ilan dərisindən hazırlanıb, ekran isə möhkəmliyinə görə yalnız almazdan geri qalan sapfir şüşə ilə örtülüb. Səs sistemi "Dolby Digital Plus" tutumlu səslənmə texnologiyasını dəstəkləyir, kamera orta formatlı fotoaparatların istehsalçısı "Hasselblad" tərəfindən sertifikatlaşdırılıb.
Smartfon oktyabrda satışa çıxarılacaq. Qiyməti 4900 avro təşkil edəcək. "Aster" smartfonu altı rəngdə və yeddi işləmə variantında əlçatan olacaq.
Emil Hüseynov
“Vertu” 4900 avro məbləğində smartfon buraxıb
"Vertu" şirkəti dizaynına görə əvvəlki modellərdən xeyli fərqlənən və bu brend üçün ucuz qiymətə malik "Aster" smartfonunu buraxıb.Yeni aparat əvvəlki "Signature Touch" modelindən ucuz olması ilə fərqlənir, amma qiyməti təxminən 1.5 dəfə ucuzdur və eyni zamanda texniki xarakteristikaları oxşardır. "Aster" modelində Full HD (1920x1080 nöqtə) təsvir ölçüsünə malik 4,7 düymlük ekran, 13 meqapiksellik əsas kamera, dördnüvəli "Qualcomm" prosessoru ilə təchiz edilib və "Android 4.4 KitKat" əməliyyat sistemi ilə işləyir.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni "Aster" smartfonu "Vertu Certainty", "Life" və "Concierge" xidmətlərini dəstəkləyir. "Life" – bu, fərdi tədbir seçimidir. "Certainty" – müştərinin həyatının və telefonda məlumatların mühafizəsi üçün texnologiyalar dəstidir. "Concierge" – bu, telefon və ya elektron poçt üzrə demək olar, istənilən sualla bağlı sutkalıq dəstək xidmətidir.
"Vertu" üçün ənənəvi olaraq aparatın korpusu titan və ilan dərisindən hazırlanıb, ekran isə möhkəmliyinə görə yalnız almazdan geri qalan sapfir şüşə ilə örtülüb. Səs sistemi "Dolby Digital Plus" tutumlu səslənmə texnologiyasını dəstəkləyir, kamera orta formatlı fotoaparatların istehsalçısı "Hasselblad" tərəfindən sertifikatlaşdırılıb.
Smartfon oktyabrda satışa çıxarılacaq. Qiyməti 4900 avro təşkil edəcək. "Aster" smartfonu altı rəngdə və yeddi işləmə variantında əlçatan olacaq.
Emil Hüseynov
Baxış sayı: 1724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib