12px13px15px17px
Tarix:03/10/14

Hindistanda dünyanın ən ucuz “Android” sistemli smartfonunun satışına başlanıb

Hindistanın “Jivi” şirkəti qiyməti 2 min rupi təşkil edən "JSP 20” smartfon modelinin satışına başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
 
“JSP 20” dünyada “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən ucuz smartfondur. Qurğu 480x320 meqapiksel təsvir ölçüsünə malik 3,5 düymlü displey, bir 2 meqapikselli əsas kamera ilə təchiz edilib. Həmçinin aparat 1 QHs prosessorun bazasında işləməklə 128 meqabayt operativ yaddaşa və istifadəçi məlumatları üçün 256 meqabayt tutumlu daxili yaddaşa malikdir. “JSP 20” iki SİM kartı və bir “microSD” kartının işini, eləcə də “GSM” şəbəkəsini (3G və LTE şəbəkəsi dəstəklənmir) dəstəkləyir.
 
“Android 2.3.5” əməliyyat sisteminin idarəetməsi ilə işləyən aparatda "Facebook” və “WhatsApp” əlavələri quraşdırılıb.
 
Qurğuların ucuz olması Yer kürəsi əhalisinin kasıb təbəqəsini əhatə etməyə imkan verir. Bu aparatlardan istifadə edən potensial istifadəçilərin sayı 2 milyard nəfər təşkil edir. “Google” şirkəti gələcəkdə ucuz qurğular yaratmaq üçün "Android One” əməliyyat sistemini təqdim edib, - “Lenta” yazır.
 
 



Baxış sayı: 1584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024