Tarix:11/10/14
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple 1” adını daşıyan 200 kompüterdən ibarət partiya nadir nüsxədir. "Bu lot əla vəziyyətdədir, son dörd ildə gördüyümüz ən yaxşısıdır" – hərrac evinin nümayəndəsi Kassandra Xattan deyib. “Bonhams”ın baş mütəxəssisi bildirib ki, bu kompüteri amerikalı kolleksiyaçı hərraca çıxarıb.
Bu, hərraca çıxarılmış birinci “Apple 1” kompüteri deyil. 2013-cü ilin mayında indiyədək işləyən nadir altı kompüterdən biri hərracda 671 min dollara satılıb. 2013-cü ilin iyulunda birinci partiyadan “Apple 1” kompüteri “Christie's” hərracında 388 min dollara satılıb.
Ötən il sentyabrın sonunda Kaliforniyanın Los-Altos şəhərində yerləşən Stiv Cobsun gənclik illərində yaşadığı evi abidə kimi qəbul etmək təklif edilib. Ev və qaraj “Apple Computer” şirkətinin təsis yeri hesab edilir.
“Apple 1” kompüteri 1970-ci illərin ortalarında Stiv Voznyak tərəfindən yaradılıb. “Apple”ın gələcək rəhbəri Stiv Cobsla Voznyak şəxs məqsəd üçün yaradılmış kompüteri satmağa qərar veriblər. 50 kompüterdən ibarət birinci partiya Cobsun qarajında əllə yığılıb. Voznyak və Stiv Cobs ümumilikdə təxminən iki yüz kompüter satıblar. İndiyədək 43 kompüter saxlanılıb, bu halda altısı işlək vəziyyətdədir.
Emil Hüseynov
Stiv Cobsun ilk kompüteri hərracda satılacaq
“The Telegraph” nəşri yazır ki, “Apple” korporasiyasının həmtəsisçiləri Stiv Cobs və Stiv Voznyak tərəfindən yığılmış birinci kompüterlərdən biri hərraca çıxarılacaq. Oktyabrda Nyu-Yorkda “Bonhams” birja hərrac evində satışa çıxarılacaq lotun qiyməti 300-dən 500 min dollaradək qiymətləndirilir."ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple 1” adını daşıyan 200 kompüterdən ibarət partiya nadir nüsxədir. "Bu lot əla vəziyyətdədir, son dörd ildə gördüyümüz ən yaxşısıdır" – hərrac evinin nümayəndəsi Kassandra Xattan deyib. “Bonhams”ın baş mütəxəssisi bildirib ki, bu kompüteri amerikalı kolleksiyaçı hərraca çıxarıb.
Bu, hərraca çıxarılmış birinci “Apple 1” kompüteri deyil. 2013-cü ilin mayında indiyədək işləyən nadir altı kompüterdən biri hərracda 671 min dollara satılıb. 2013-cü ilin iyulunda birinci partiyadan “Apple 1” kompüteri “Christie's” hərracında 388 min dollara satılıb.
Ötən il sentyabrın sonunda Kaliforniyanın Los-Altos şəhərində yerləşən Stiv Cobsun gənclik illərində yaşadığı evi abidə kimi qəbul etmək təklif edilib. Ev və qaraj “Apple Computer” şirkətinin təsis yeri hesab edilir.
“Apple 1” kompüteri 1970-ci illərin ortalarında Stiv Voznyak tərəfindən yaradılıb. “Apple”ın gələcək rəhbəri Stiv Cobsla Voznyak şəxs məqsəd üçün yaradılmış kompüteri satmağa qərar veriblər. 50 kompüterdən ibarət birinci partiya Cobsun qarajında əllə yığılıb. Voznyak və Stiv Cobs ümumilikdə təxminən iki yüz kompüter satıblar. İndiyədək 43 kompüter saxlanılıb, bu halda altısı işlək vəziyyətdədir.
Emil Hüseynov
Baxış sayı: 1000
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib