Tarix:13/10/14
Ekran, demək olar ki, ön panelin bütün səthini tutur, yan tərəflərdə və yuxarı hissədə çərçivə yoxdur. Bu halda dinamika, kamera və datçiklər korpusun aşağı hissəsində yerləşdirilib.
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Sharp Aquos Crystal” smartfonu 720p HD təsvir ölçülü 5 düymlük ekran, 1.2 QHs takt tezlikli “Snapdragon 400” dördnüvəli prosessoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1,5 QB, daxili fləş yaddaşın həcmi 8 QB təşkil edir.
Qurğu, həmçinin “microSD” formatlı yaddaş kartları üçün slot, ön paneldə 1,2 meqapiksellik kamera, arxa paneldə 8 meqapiksellik kamera ilə təchiz edilib. Akkumulyatorun tutumu 2040 milliamper/saat təşkil edir. Aparatın ölçüləri 131x67x10 mm, çəkisi 140 qr-dır. “Android 4.4.2” (KitKat) versiyası quraşdırılıb.
Yeni cihazda səsin keyfiyyətinin yaxşılaşması üçün nəzərdə tutulmuş “Harman Kardon” texnologiyası reallaşdırılıb.
“Sharp AQUOS Crystal” smartfonunu artıq $149,99 qiymətə ABŞ-da əldə etmək (almaq) olar.
Emil Hüseynov
“Sharp AQUOS Crystal” smartfonu ABŞ-da satışa çıxarılıb
“Sharp AQUOS Crystal” smartfonu Yaponiyadan kənarda satışa çıxarılıb. Qeyd edək ki, bu modelin özəlliyi cihazın orijinal dizaynıdır.Ekran, demək olar ki, ön panelin bütün səthini tutur, yan tərəflərdə və yuxarı hissədə çərçivə yoxdur. Bu halda dinamika, kamera və datçiklər korpusun aşağı hissəsində yerləşdirilib.
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Sharp Aquos Crystal” smartfonu 720p HD təsvir ölçülü 5 düymlük ekran, 1.2 QHs takt tezlikli “Snapdragon 400” dördnüvəli prosessoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1,5 QB, daxili fləş yaddaşın həcmi 8 QB təşkil edir.
Qurğu, həmçinin “microSD” formatlı yaddaş kartları üçün slot, ön paneldə 1,2 meqapiksellik kamera, arxa paneldə 8 meqapiksellik kamera ilə təchiz edilib. Akkumulyatorun tutumu 2040 milliamper/saat təşkil edir. Aparatın ölçüləri 131x67x10 mm, çəkisi 140 qr-dır. “Android 4.4.2” (KitKat) versiyası quraşdırılıb.
Yeni cihazda səsin keyfiyyətinin yaxşılaşması üçün nəzərdə tutulmuş “Harman Kardon” texnologiyası reallaşdırılıb.
“Sharp AQUOS Crystal” smartfonunu artıq $149,99 qiymətə ABŞ-da əldə etmək (almaq) olar.
Emil Hüseynov
Baxış sayı: 876
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib