12px13px15px17px
Tarix:17/10/14

“Apple” şirkəti yığcam “iPad mini 3” təqdim edəcək

“Apple”  şirkəti 7,9 düym diaqonallı ekranla təchiz edilmiş “iPad mini 3” yığcam planşetinin yeni versiyasını nümayiş etdirib. Bu haqda Kupertinoda keçirilmiş təqdimatda “Apple”ın marketinq üzrə direktoru Fil Şiller deyib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “iPad mini 3” planşetinin qalınlığı (7.5 mm) və çəkisi (331 qram) əvvəlki kimi saxlanılıb. Prosessor (A7 çipi) da əvvəlkidir.
 
“Touch ID” daxili barmaq izləri datçiki və “Apple Pay” ödəmə sisteminin (hələ ki yalnız proqramlar daxilində satınalmalar üçün) dəstəklənməsi yeni planşetin əsas özəlliyidir.
 
“Yeni iPad mini” planşeti ilk dəfə qızılı rəngdə çıxarılacaq.
 
ABŞ-da “iPad mini” planşetinin “Wi-Fi” ilə modelinin qiyməti 399-529 dollar, mobil modulla təchiz edilmiş model isə 599-729 dollar təşkil edəcək. Çeşiddən 32 QB-lıq yaddaşla təchiz edilmiş model çıxarılıb; indi 16, 64 və 128 QB-lıq yaddaşa malik planşeti satın almaq olar.
 
Emil Hüseynov
 

 



Baxış sayı: 814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024