12px13px15px17px
Tarix:17/10/14

2015-ci ildə “WebOS” sisteminin dəstəklənməsi dayandırılacaq

ABŞ-ın "Hewlett-Packard" (HP) şirkəti 15 yanvar 2015-ci il tarixindən etibarən "WebOS" əməliyyat sisteminin dəstəklənməsini dayandıracaq. Həmin tarixdən əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçiləri "HP App Catalog" mağazasından əlavələr yükləyə və digər əməliyyatlar həyata keçirə bilməyəcəklər.    

"HP" "WebOS" sisteminin hazırlanmasına 2010-cu ildə "Palm" şirkətini 1,4 milyard dollara satın aldıqdan sonra başlayıb. Bundan sonra yeni əməliyyat sisteminin idarəetməsi ilə işləyən bir neçə qurğu, o cümlədən "Palm Pre 2", "HP Veer" və "HP Pre 3" smartfonları və "HP TouchPad" planşet kompüterləri buraxılıb. Əvvəlcədən şirkətin planları böyük olsa da, sonradan ABŞ istehsalçısı bu platformalı qurğuların buraxılışını dayandırıb. Sistemin son versiyası 2012-ci ilin yanvarında işıq üzü görüb.

2011-ci ilin avqustunda şirkət ilin sonunadək "WebOS" inkişaf şöbəsini ləğv etmək, həmçinin sistemi açıq sistemə çevirmək barədə qərar qəbul edib. O vaxt "HP" rəhbəri Meq Uitman bildirib ki, şirkət böyük məbləğli investisiyalarla əməliyyat sisteminin hazırlanmasında fəal iştirak edəcək.

2013-cü ildən "WebOS"-un hazırlanması ilə Cənubi Koreyanın "LG Electronics" şirkəti məşğul olmağa başlayıb. Şirkət əməliyyat sistemi üçün bütün hüquqları alaraq işə əvvəlki sistem tərtibatçılarını dəvət edib. Hazırda "LG" "WebOS"-un idarəetməsi ilə işləyən "ağıllı" televizorlar istehsal edir, - "SecurityLab " yazır. 




Baxış sayı: 793

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024