12px13px15px17px
Tarix:18/10/14

Çin bazara “Android” əsasında işləyən 54 dollarlıq “3G”-planşet təqdim edib

Bu yaxınlarda Çin bazara cəmi 65 dollar dəyərində “Windows” planşetləri təqdim edib.

“ICTnews” xəbər xidmətinin “Engadget”ə istinadən verdiyi məlumata əsasən, bunun ardınca “Android” tərəfindən layiqli cavab gəlib. Belə ki, Çinin “NuFront” şirkəti 54 dollar dəyərində planşetlər təqdim edib. “Windows” həllərindən fərqli olaraq, “NuFront” yeniliyi “3G” rabitə moduluna malikdir.
 
Qiyməti nəzərə alsaq, planşetin texniki xüsusiyyətləri heç də pis deyil: 7 düymlük 1024 x 600 piksel ölçülü displey, “Mali-400MP2” qrafik sürətləndiriciyə malik olan dördnüvəli prosessor (1,2 HHz), 1 GB əməliyyat və 8GB enerjidən asılı olmayan yaddaş, iki kamera (2 meqapikselli əsas və 0,3 meqapikselli əksinə çevrilmiş), “Android 4.2.2 Jelly Bean” əməliyyat sistemi və s.
 
Qeyd edilir ki, bu planşetin çipsetini “NuFront” müstəqil şəkildə işləyib hazırlayıb, bunun sayəsində şirkət yeni məhsulu cəmi 54 dollara qiymətləndirə bilib.
 
Lakin təəssüfedici haldır ki, bu məhsul yalnız Çin bazarı üçün nəzərdə tutulub.
 
Aynur Vəliyeva



Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024