12px13px15px17px
Tarix:07/06/11

“Apple iCloud” musiqi xidməti pulsuz olacaq

San-Fransiskoda keçirilən WWDC konfransında “Apple” şirkətinin rəhbəri Stiv Cobs iCloud bulud xidmətini təqdim edib.
iCloud qurğular məktub və sənədlərin sinxronlaşdırılması üçün istifadə edilən MobileMe xidmətini əvəz edəcək. İstifadəsi 99 dollara başa gələn MobileMe-dən fərqli olaraq iCloud xidməti pulsuz olacaqdır. ICloud istifadəçiləri “Apple”ın uzaq serverlərində təkcə musiqini deyil, həm də əlaqə, şəkil, proqram təminatı, videoçarx və sənədləri saxlamağa və sinxronlaşdırmağa imkan verəcək.
Xidmət dəstəyi iOS 5 əməliyyat sisteminə daxil ediləcəkdir. ICloud-a giriş, həmçinin Mac və ya PC-nin stolüstü kompyuterlərindən də mümkün olacaqdır.
Poçt, sənədlər və ehtiyat surətlərin saxlanılması üçün istifadəçiyə serverdə 5 qiqabayt yaddaş verilir. Musiqi, kitablar və proqramların saxlanılmasında məhdudiyyət olmayacaq. Uzaq serverə yalnız iTunes-də alınmış trekləri deyil, həmçinin bütün musiqi kollüksiyasını köçürmək olacaq. Bunu iTunes Match xidmətinin köməyi ilə etmək mümkündür. iTunes Match xidməti pullu olacaq və xidmətin illik haqqı 24,99 dollar civarında nəzərdə tutulub.



Baxış sayı: 1297

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024