Tarix:20/10/14
“Kyocera TorqueXT” modeli “IP67” (30 dəqiqə müddətində suya enmə) və “MIL-STD-810G” standartları üzrə sertifikatlaşdırılıb. Sonuncu standart telefonun toz, su, hündürlükdən düşməsi, maksimal və minimal temperaturlara qarşı dayanıqlı olmasından xəbər verir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni aparat 800x480 piksel təsvir ölçülü 4 düymlük IPS ekranla təchiz edilib. Ekran cızıqlara qarşı dayanıqlıdır.
Qurğunun 1,2 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon MSM8960” prosessoru, 1 QB əməli və 20 QB fləş yaddaş, 5 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralar, “NFC”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və “LTE” simsiz rabitə modulları ilə təchiz edilib.
İstehsalçı iddia edir ki, smartfon danışıq rejimində 18,5 saat avtonom işləyə bilər. Akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir.
Möhkəm korpusa malik “Kyocera Torque XT” smartfonu ABŞ bazarında satışa çıxarılıb. Qurğunun pərakəndə qiyməti 360 dollar təşkil edir.
Emil Hüseynov
“Kyocera” möhkəm korpusa malik LTE smartfonunu təqdim edib
Yaponiyanın “Kyocera” elektronika istehsalçısı “Torque XT” adlı yeni smartfonunu nümayiş etdirib. Qurğu yüksək müdafiə dərəcəsinə malikdir ki, bu da qurğudan ekstremal şəraitdə istifadəyə imkan verir.“Kyocera TorqueXT” modeli “IP67” (30 dəqiqə müddətində suya enmə) və “MIL-STD-810G” standartları üzrə sertifikatlaşdırılıb. Sonuncu standart telefonun toz, su, hündürlükdən düşməsi, maksimal və minimal temperaturlara qarşı dayanıqlı olmasından xəbər verir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni aparat 800x480 piksel təsvir ölçülü 4 düymlük IPS ekranla təchiz edilib. Ekran cızıqlara qarşı dayanıqlıdır.
Qurğunun 1,2 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon MSM8960” prosessoru, 1 QB əməli və 20 QB fləş yaddaş, 5 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralar, “NFC”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və “LTE” simsiz rabitə modulları ilə təchiz edilib.
İstehsalçı iddia edir ki, smartfon danışıq rejimində 18,5 saat avtonom işləyə bilər. Akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir.
Möhkəm korpusa malik “Kyocera Torque XT” smartfonu ABŞ bazarında satışa çıxarılıb. Qurğunun pərakəndə qiyməti 360 dollar təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 823
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib