Tarix:22/10/14
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Philips i966 Aurora” modeli ilk belə aparat olub. Qurğu 5,5 düymlük 2560x1440 piksel təsvir ölçülü ekran, 2.5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru və “Adreno 330” qrafikası ilə təchiz edilib.
Aparatda, həmçinin 3 QB əməli və 32 QB daxili yaddaş quraşdırılıb, “Sony IMX220” sensoru, işıq diodu işıqlandırıcısına malik 20 meqapiksellik əsas kamera, 8 meqapiksellik ön fotomodul və barmaq izlərinin skaneri ilə təchiz edilib.
Yeni qurğu “4G LTE”, “Wi-Fi 802.11 a/b/g/n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modullarını dəstəkləyir. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir. Cihazın avtonom iş vaxtı açıqlanmayıb.
“Philips i966 Aurora” qurğusu “Android”in dəyişilmiş versiyası olan “YunOS 3.0” əməliyyat sistemi ilə idarə olunur.
“Philips i966 Aurora” modeli Çində təxminən 600 dollara satılır.
Emil Hüseynov
“Philips” şirkəti yeni smartfon nümayiş etdirib (FOTO)
“Philips” şirkəti mobil telefon bazarında başlanğıc və orta səviyyəli qurğular üzrə ixtisaslaşıb. Hollandiya şirkəti qabaqcıl qurğular seqmentində də öz gücünü yoxlamağa qərar verib."ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Philips i966 Aurora” modeli ilk belə aparat olub. Qurğu 5,5 düymlük 2560x1440 piksel təsvir ölçülü ekran, 2.5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru və “Adreno 330” qrafikası ilə təchiz edilib.
Aparatda, həmçinin 3 QB əməli və 32 QB daxili yaddaş quraşdırılıb, “Sony IMX220” sensoru, işıq diodu işıqlandırıcısına malik 20 meqapiksellik əsas kamera, 8 meqapiksellik ön fotomodul və barmaq izlərinin skaneri ilə təchiz edilib.
Yeni qurğu “4G LTE”, “Wi-Fi 802.11 a/b/g/n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modullarını dəstəkləyir. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir. Cihazın avtonom iş vaxtı açıqlanmayıb.
“Philips i966 Aurora” qurğusu “Android”in dəyişilmiş versiyası olan “YunOS 3.0” əməliyyat sistemi ilə idarə olunur.
“Philips i966 Aurora” modeli Çində təxminən 600 dollara satılır.
Emil Hüseynov
Baxış sayı: 902
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib