12px13px15px17px
Tarix:28/10/14

“Porsche” və “Mercedes” şirkətləri “Tesla” ilə rəqabətə başlayırlar

Ekspertlər insanların elektromobillərə göstərdikləri marağa əsaslanaraq yaxın illər ərzində elektromobil bazarının artımını proqnozlaşdırırlar.

“ICTnews”-un  “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu marağın artımına səbəbkar “S” modelini durmadan reklam edən “Tesla”dır.

Baş verənlər alman avtomobil istehsalçılarını perspektiv seqmentə diqqət yetirməyə məcbur edib. Bu mövzu “Porsche” və “Mercedes-Benz” mühəndislərini strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edib və onlar sadə alıcılara daha yaxın olmaq üçün “sedan” tipli avtomobillərin istehsalı istiqamətində səylərini artıracaqlar.
 
Məlumdur ki, “Mercedes-Benz” şirkəti hazırda “Tesla”nın “S” və ya “E” klass avtomobillərinə oxşar modellər üzərində işləyir, hansı ki, akkumulyatoru bir dəfə enerji ilə yükləyərək 400 kilometr sürə bilər.
 
“Porsche” isə elektromühərrik ilə təchiz edilmiş sedan üzərində işlər aparır və bu yeni model “Panamera” modelinə çox yaxın olacaq.
Bütün bunlar “Tesla” üçün heç də ürəkaçan xəbərlər deyil.
 
 Çünki şirkət elektromobil bazarında liderliyini itirə bilər. Lakin bu, o qədər də tez müddətdə baş verməyəcək, çünki “Mercedes”in yeni elektromobili satışa 2021-ci ildə çıxarılacaq, “Porsche” isə yeni məhsulunu bazara 2018-ci ildən tez çıxarmaq niyyətində deyil.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 958

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024