Tarix:28/10/14
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Cray XC40" adlı kompüterin çəkisi təxminən 140 ton olacaq ki, bu da təxminən 11 London avtobusu ağırlığındadır.
Layihənin qiyməti 97 milyon avro təşkil edir. Kompüterin məhsuldarlığı 16 petaflops olacaq.
"Cray XC40" superkompüterinin əsas rəqibi Almaniyanın Ştutqart Universitetində quraşdırılan "Hornet" hesablama maşınıdır, sonuncunun məhsuldarlığı Britaniya maşınından iki dəfə daha azdır.
Ekspertlər bildiriblər ki, müasir meteorologiya metodları dörd günün hava şəraitini dəqiqliklə proqnozlaşdırmağa imkan verir.
Britaniya superkompüteri beş və ya altı günün hava şəraitini proqnozlaşdırmağa imkan verəcək. Superkompüter, havanın proqnozlaşdırılmasından başqa genişmiqyaslı tədqiqatlar da yerinə yetirəcək.
Emil Hüseynov
Böyük Britaniya havanın proqnozlaşdırılması üçün ən güclü superkompüteri quraşdıracaq
Böyük Britaniya havanın proqnozlaşdırılması üçün dünyanın ən nəhəng superkompüterini quraşdırmağa hazırlaşır. "New Scientist" nəşri yazır ki, nəhəng superkompüterin hesablama gücü yalnız meteorologiya üçün istifadə ediləcək."ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Cray XC40" adlı kompüterin çəkisi təxminən 140 ton olacaq ki, bu da təxminən 11 London avtobusu ağırlığındadır.
Layihənin qiyməti 97 milyon avro təşkil edir. Kompüterin məhsuldarlığı 16 petaflops olacaq.
"Cray XC40" superkompüterinin əsas rəqibi Almaniyanın Ştutqart Universitetində quraşdırılan "Hornet" hesablama maşınıdır, sonuncunun məhsuldarlığı Britaniya maşınından iki dəfə daha azdır.
Ekspertlər bildiriblər ki, müasir meteorologiya metodları dörd günün hava şəraitini dəqiqliklə proqnozlaşdırmağa imkan verir.
Britaniya superkompüteri beş və ya altı günün hava şəraitini proqnozlaşdırmağa imkan verəcək. Superkompüter, havanın proqnozlaşdırılmasından başqa genişmiqyaslı tədqiqatlar da yerinə yetirəcək.
Emil Hüseynov
Baxış sayı: 813
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib