Tarix:29/10/14
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, aparat 2560x1440 (Quad HD) piksel təsvir ölçülü 5.5 düym diaqonallı IPS ekran, 2,5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru, 3 QB əməli və “microSD” kartının hesabına genişləndirilən 32 QB daxili yaddaşla təchiz olunub.
Həmçinin cihaza işıq diodu işıqlandırıcısı və 4K təsvir ölçülü video çəkilişi funksiyasına malik 13,2 meqapiksellik əsas kamera, 1,3 meqapiksellik fotomodul, “Wi-Fi 802.11 a/b/g/n/ac”, “Bluetooth 4.0”, “GPS”, “NFC” və “LTE” simsiz rabitə adapterləri quraşdırılıb. Sonuncu “VoLTE” texnologiyasını dəstəkləyir, yəni “4G” şəbəkəsindən çıxmadan, səsli zənglər etmək olar.
Qurğunun ölçüləri 145x76x10,5 mm, çəkisi 154 qr-dır. Telefonun akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir və qurğuya “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
“LG Isai VL” smartfonu ağ, qara və çəhrayı rəngli korpuslarda əlçatandır. Smartfon Yaponiyada nümayiş etdirilib və 2014-cü ilin dekabrında yerli bazara satışa çıxarılacaq.
Emil Hüseynov
“LG” şirkəti “Quad HD” ekranlı və “VoLTE” dəstəkli “Isai FL” smartfonunu təqdim edib
“LG Electronics” korporasiyası qabaqcıl səviyyəli smartfonunu nümayiş etdirib. “LG Isai FL” modelinin əsas özəllikləri yüksək təsvir ölçülü ekran və qabaqcıl içliklə təchiz olunmasıdır."ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, aparat 2560x1440 (Quad HD) piksel təsvir ölçülü 5.5 düym diaqonallı IPS ekran, 2,5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru, 3 QB əməli və “microSD” kartının hesabına genişləndirilən 32 QB daxili yaddaşla təchiz olunub.
Həmçinin cihaza işıq diodu işıqlandırıcısı və 4K təsvir ölçülü video çəkilişi funksiyasına malik 13,2 meqapiksellik əsas kamera, 1,3 meqapiksellik fotomodul, “Wi-Fi 802.11 a/b/g/n/ac”, “Bluetooth 4.0”, “GPS”, “NFC” və “LTE” simsiz rabitə adapterləri quraşdırılıb. Sonuncu “VoLTE” texnologiyasını dəstəkləyir, yəni “4G” şəbəkəsindən çıxmadan, səsli zənglər etmək olar.
Qurğunun ölçüləri 145x76x10,5 mm, çəkisi 154 qr-dır. Telefonun akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir və qurğuya “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
“LG Isai VL” smartfonu ağ, qara və çəhrayı rəngli korpuslarda əlçatandır. Smartfon Yaponiyada nümayiş etdirilib və 2014-cü ilin dekabrında yerli bazara satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 810
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib