12px13px15px17px
Tarix:29/10/14

Dünyanın ən nazik smartfonunun qalınlığı 3,8 mm olacaq

Çinin “BBK” şirkəti korpus qalınlığı 3,8 mm təşkil edən “Vivo” markalı smartfon üzərində işləyir. Qurğunun ayrıca və “Apple iPhone 5s” ilə müqayisəli təsviri Çinin "Weibo” sosial şəbəkəsində təqdim edilib.
 
Hazırda dünyanın ən nazik smartfonu Çinin “Gionee” istehsalçısının “Elife S5.1” modeli hesab edilir. Qalınlığı 5,1 mm olan smartfon cari ilin sentyabrında “Ginnesin rekordlar kitabı”na daxil edilib.
 
Təsvirlərdən birində “Vivo” modelinin müqayisə olunduğu “iPhone 5s” smartfonunun qalınlığı 7,6 mm, “iPhone 6” modelinin 6,9 mm təşkil edir.
 
Yeni qurğunun qalınlığından başqa digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.
 
Dünyanın hazırkı ən nazik smartfonu "Elife S5.1” 4,8 düymlük displey, dördnüvəli prosessor, 8 meqapikselli kamera, 16 QB quraşdırılmış batareya və 2100 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Yalnız Çində satılan smartfonun qiyməti yerli pul vahidi yuana nisbətdə 325 dollar təşkil edir.
 
 
Əlavə edək ki, 2013-cü ildə “BBK” şirkəti qalınlığı 5,95 mm olan “Vivo X3” smartfon modelini buraxıb. O zaman smartfon satışda mövcud olan smartfonların ən naziyi olub, - "CNews” yazır.



Baxış sayı: 1042

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024