Tarix:27/08/11
Fətullayevin sözlərinə görə, brauzer səs vasitəsilə idarə olunacaq ki, bu da tamamilə və ya qismən görmədən məhrum olan adamlara xəbər və əyləncə kontenti ilə tanış olmağa imkan verəcək. Bunun üçün brauzer nitqin tanınması sisteminə birləşdiriləcək. O bildirib ki, sistemin ilkin variantından yaxın günlərdə “Dilmanc” saytında istifadə etmək mümkün olacaq.
Nitqin tanınması sistemi səs komandalarının köməyi ilə “RSS” kanallardan xəbərlər toplamağa, kitabxanaların elektron bazasından axtarış və spikerin tələb etdiyi ədəbiyyatın mövcudluğu barədə xəbərdarlıq etməyə, elektron poçtu idarə etməyə, poçt qutusundakı elektron məktubların mövcudluğu haqqında xəbərdarlıq almağa, məktublara cavab verməyə və sairəyə imkan verir.
“Dilmanc” brauzerin funksionallığını noyabrın 23-26-da "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək “Bakutel -2011” 17-ci beynəlxalq telekommunikasiya sərgisində nümayiş etdirməyi planlaşdırır.
"Bununla yanaşı, biz səs müşayiəti funksiyası ilə çoxmediyalı klaviaturanı təqdim etmək niyyətindəyik. Bu klaviaturada daxil etmə vaxtı hər bir hərf səsləndiriləcək", - Fətullayev deyib.
“Dilmanc” səsli idarəetməylə klaviatura və brauzer təqdim edəcək
Azərbaycanın “Dilmanc” proqram təminatı (PT) istehsalçısı görmə qabiliyyəti zəif olan insanlar üçün brauzerin yaradılması üzrə iş həyata keçirir. Bu barədə şənbə günü “Dilmanc” layihəsinin rəhbəri Əbülfət Fətullayev məlumat verib.Fətullayevin sözlərinə görə, brauzer səs vasitəsilə idarə olunacaq ki, bu da tamamilə və ya qismən görmədən məhrum olan adamlara xəbər və əyləncə kontenti ilə tanış olmağa imkan verəcək. Bunun üçün brauzer nitqin tanınması sisteminə birləşdiriləcək. O bildirib ki, sistemin ilkin variantından yaxın günlərdə “Dilmanc” saytında istifadə etmək mümkün olacaq.
Nitqin tanınması sistemi səs komandalarının köməyi ilə “RSS” kanallardan xəbərlər toplamağa, kitabxanaların elektron bazasından axtarış və spikerin tələb etdiyi ədəbiyyatın mövcudluğu barədə xəbərdarlıq etməyə, elektron poçtu idarə etməyə, poçt qutusundakı elektron məktubların mövcudluğu haqqında xəbərdarlıq almağa, məktublara cavab verməyə və sairəyə imkan verir.
“Dilmanc” brauzerin funksionallığını noyabrın 23-26-da "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək “Bakutel -2011” 17-ci beynəlxalq telekommunikasiya sərgisində nümayiş etdirməyi planlaşdırır.
"Bununla yanaşı, biz səs müşayiəti funksiyası ilə çoxmediyalı klaviaturanı təqdim etmək niyyətindəyik. Bu klaviaturada daxil etmə vaxtı hər bir hərf səsləndiriləcək", - Fətullayev deyib.
Baxış sayı: 2012
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib