12px13px15px17px
Tarix:31/10/14

Yaponiyada insanın yorğunluq səviyyəsinə nəzarət üçün məişət cihazı hazırlanıb

Yaponiyanın müxtəlif tip oyun konsolları ilə məşhur olan “Nintendo Co.” korporasiyası insan yuxusunun dərinliklərinə nəzarət üçün dünyanın ilk məişət cihazını hazırlayaraq onu satışa çıxarmağa hazırlaşır. Bu barədə Tokioda ekspertlərlə görüşdə korporasiya prezidenti Satoru İvata məlumat verib.
 
Yatağa yerləşdiriləcək cihaz mikrodalğalı şüalanma vasitəsilə yatmış insanın nəfəsini, nəbzini və vəziyyətinin digər parametrlərini izləyəcək. Əldə edilən məlumatlar uzaqda yerləşən serverə göndərilərək orada təhlil edilir və aparat sahibinə onun yorğunluq dərəcəsi barədə xəbər verilir, eləcə də qida rasionunun yaxşılaşdırılması, fiziki hərəkətlər və s. üzrə tövsiyələr edilir.
 
“Nintendo Co.” prezidenti qeyd edib ki, cihaz 2015-ci ildə satışla çıxarılacaq və o vaxt onun qiyməti elan ediləcək. Korporasiya sağlamlıq vəziyyətinə nəzarətlə bağlı qurğuların istehsalını genişləndirmək niyyətindədir, - “TASS” yazır.



Baxış sayı: 1148

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024