![12px](images/font_01.gif)
![13px](images/font_02.gif)
![15px](images/font_03.gif)
![17px](images/font_04.gif)
Tarix:31/10/14
“Samsung” şirkəti nazik metal korpuslarla təchiz edilmiş yeni “Galaxy A3” və “Galaxy A5” smartfonlarını nümayiş etdirib.
“Galaxy A3” modeli 4,5 düymlük qHD (540×960 nöqtə) təsvir ölçülü “Super AMOLED” ekran, 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli yaddaş, 16 QB daxili fləş-yaddaş, “microSD” formatlı yaddaş kartları üçün slotla təchiz olunub. Arxa paneldə LED işıqlandırıcı və avtofokusa malik 8 meqapiksellik kamera, ön paneldə isə 5 meqapiksellik kamera əlçatandır. Əlavə olaraq “NFC” çipinin mövcudluğu haqda bildirilib. Qurğu 1900 milliamper/saat tutumlu batareyaya malikdir. Korpusun qalınlığı 6,9 millimetr təşkil edir.
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Galaxy A5” smartfonu “Galaxy A3” versiyasına çox oxşardır, amma bəzi təkmilləşdirmələrə malikdir. “A5” smartfonunda HD təsvir ölçülü 5 düymlük ekran və 2 QB əməli yaddaş quraşdırılıb. Arxa paneldə 13 meqapiksellik kamera var. Tam akkumulyatorun tutumu 2300 milliamper/saat, korpusun qalınlığı 6,7 mm təşkil edir. Hər iki aparatın LTE şəbəkəsini dəstəkləyən versiyası əlçatan olacaq. Elan edilmiş smartfonlar “Android 4.4 KitKat” əməliyyat sistemi ilə işləyir.
Yeni “Samsung Galaxy A3” və “Galaxy A5” smartfonları müxtəlif rəngli korpuslarda noyabrda satışa çıxarılacaq.
Emil Hüseynov
“Samsung” metal korpuslarla təchiz edilmiş “Galaxy A3” və “Galaxy A5” smartfonlarını nümayiş etdirib
![](uploads/Galaxy A3_300.jpg)
“Galaxy A3” modeli 4,5 düymlük qHD (540×960 nöqtə) təsvir ölçülü “Super AMOLED” ekran, 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli yaddaş, 16 QB daxili fləş-yaddaş, “microSD” formatlı yaddaş kartları üçün slotla təchiz olunub. Arxa paneldə LED işıqlandırıcı və avtofokusa malik 8 meqapiksellik kamera, ön paneldə isə 5 meqapiksellik kamera əlçatandır. Əlavə olaraq “NFC” çipinin mövcudluğu haqda bildirilib. Qurğu 1900 milliamper/saat tutumlu batareyaya malikdir. Korpusun qalınlığı 6,9 millimetr təşkil edir.
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Galaxy A5” smartfonu “Galaxy A3” versiyasına çox oxşardır, amma bəzi təkmilləşdirmələrə malikdir. “A5” smartfonunda HD təsvir ölçülü 5 düymlük ekran və 2 QB əməli yaddaş quraşdırılıb. Arxa paneldə 13 meqapiksellik kamera var. Tam akkumulyatorun tutumu 2300 milliamper/saat, korpusun qalınlığı 6,7 mm təşkil edir. Hər iki aparatın LTE şəbəkəsini dəstəkləyən versiyası əlçatan olacaq. Elan edilmiş smartfonlar “Android 4.4 KitKat” əməliyyat sistemi ilə işləyir.
Yeni “Samsung Galaxy A3” və “Galaxy A5” smartfonları müxtəlif rəngli korpuslarda noyabrda satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 781
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib