12px13px15px17px
Tarix:03/11/14

“HP” şirkəti “ağıllı” saatını nümayiş etdirib

“HP” şirkəti “Chronowing” “ağıllı” saatını nümayiş etdirib. Qurğunun görünüşünü amerikalı dizayner Maykl Bastian hazırlayıb. Saatın dairəvi korpusu paslanmayan poladdan hazırlanıb.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “MB Chronowing Smartwatch”ın qiyməti 350 dollar təşkil edir. Həmçinin sapfir şüşə və timsah dərisindən qayışla olan modellər əlçatandır. 300 ədəd belə saat satışa çıxarılacaq və hər birinin qiyməti 650 dollar təşkil edəcək.
 
“HP”-nin “ağıllı” saatlarında daxili mikrofon və dinamik yoxdur: cihaz bütün hadisələr (daxil olmuş zənglər, SMS, elektron poçt mesajları və sairə) haqda vibrasiya ilə məlumat verir. “Ağıllı” saat “iPhone 4S” və ya “Apple”ın əvvəlki smartfonları, həmçinin “Android 4.3” və sonrakı  versiyaları quraşdırılmış smartfonlarla işləyə bilər.
 
Emil Hüseynov



Baxış sayı: 773

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024