Tarix:06/11/14
“UP3” qurğusu üçoxlu akselerometr, bioimpedans datçik, bədən və ətraf mühitin temperaturunu ölçən datçiklərlə təchiz edilib. Belə elektronika dəsti sahibin nəbzini izləməyə, yuxu mərhələləri haqda ətraflı informasiya verməyə və məşqlərin tipini fərqləndirməyə imkan verir.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, cihaz bir çox qolbaqlar kimi fiziki aktivlik tipini yalnız qaçış və hərəkət zamanı deyil, həm də tennislə məşğuliyyət zamanı müəyyənləşdirir. “UP” proqramına istifadəçinin məşğuliyyəti, yemək norması və yuxu haqda məlumatlara əsaslanan məşqlər üzrə şəxsi tövsiyələr verən "Ağıllı məşqçi" funksiyası daxildir. Qurğunun funksionallığını genişləndirmək üçün proqram təminatını yeniləmək mümkündür.
Daxili nəbzölçən sakit vəziyyətdə, hərəkət zamanı müntəzəm fiziki aktivliyi izləyir. Bu göstəricilərin nəticəsinə görə, istifadəçi gün ərzində nəbzin dəyişməsindən xəbərdar ola bilər.
“UP3” qolbaq metal korpusa malikdir, “iOS” və “Android” platforması ilə işləyən qurğulara simsiz qoşulmanı dəstəkləyir.
Emil Hüseynov
“Jawbone” böyük sayda datçiklə təchiz edilmiş qolbaq nümayiş etdirib
“Jawbone” şirkətinin nümayiş etdirdiyi “UP3” qolbağı yığcam ölçüsünə baxmayaraq, böyük sayda daxili sensora malikdir.“UP3” qurğusu üçoxlu akselerometr, bioimpedans datçik, bədən və ətraf mühitin temperaturunu ölçən datçiklərlə təchiz edilib. Belə elektronika dəsti sahibin nəbzini izləməyə, yuxu mərhələləri haqda ətraflı informasiya verməyə və məşqlərin tipini fərqləndirməyə imkan verir.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, cihaz bir çox qolbaqlar kimi fiziki aktivlik tipini yalnız qaçış və hərəkət zamanı deyil, həm də tennislə məşğuliyyət zamanı müəyyənləşdirir. “UP” proqramına istifadəçinin məşğuliyyəti, yemək norması və yuxu haqda məlumatlara əsaslanan məşqlər üzrə şəxsi tövsiyələr verən "Ağıllı məşqçi" funksiyası daxildir. Qurğunun funksionallığını genişləndirmək üçün proqram təminatını yeniləmək mümkündür.
Daxili nəbzölçən sakit vəziyyətdə, hərəkət zamanı müntəzəm fiziki aktivliyi izləyir. Bu göstəricilərin nəticəsinə görə, istifadəçi gün ərzində nəbzin dəyişməsindən xəbərdar ola bilər.
“UP3” qolbaq metal korpusa malikdir, “iOS” və “Android” platforması ilə işləyən qurğulara simsiz qoşulmanı dəstəkləyir.
Emil Hüseynov
Baxış sayı: 1292
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib