12px13px15px17px
Tarix:14/11/14

“Fujitsu” qabaqcıl smartfonunu nümayiş etdirib (FOTO)

"Fujitsu" şirkəti toz və su keçirməz korpusda hazırlanmış "Arrows NX F-02G" qabaqcıl smartfonunu nümayiş etdirib.
 
Aparat 1440×2560 nöqtə (Quad HD formatı) təsvir ölçülü 5,2 düym diaqonala malik IPS ekranla təchiz edilib. Piksel sıxlığı 565 ppi təşkil edir. Ekran "Gorilla Glass 3" şüşəsi ilə təchiz edilib.


 
"ICTnews" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, əməli yaddaş tutumu 3 QB təşkil edir.
 
Əsas kamera 20,7 milyon piksel təsvir ölçülü "Sony Exmor RS" datçikidir. "GRANVU" prosessoru təsvirlərin emalı ilə məşğuldur. Aparatın ön hissəsində genişbucaqlı optikalı 2,1 meqapiksellik kamera mövcuddur.
 
Smartfon barmaq izlərinə görə istifadəçilərin identifikasiyası üçün daktiloskopik datçik və məişət texnikasını məsafədən idarə etmək üçün aparatdan pult kimi istifadəyə imkan verən infraqırmızı portla təchiz edilib. Daxili yaddaşın tutumu 32 QB təşkil edir. "Wi-Fi" və "Bluetooth", "GPS" qəbuledici mövcuddur.
 
Aparat 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Qurğunun ölçüləri 74×145×10,9 mm, çəkisi 168 qr təşkil edir. Smartfona "Android 4.4" əməliyyat sistemi quraşdırılıb.
 
Emil Hüseynov



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024