Tarix:18/11/14
“Samsung”un investorlarla əlaqə üzrə departamentinin rəhbəri Robert Yinin sözlərinə görə, şirkət model sırasını 25-30 faiz azaltmaq istədiyini bildirsə də, hansı modellərinin istehsalının dayandırılacağı barədə dəqiq məlumat verməyib.
Oktyabrın sonunda “Samsung” bəyan edib ki, 2014-cü ilin üçüncü rübündə gəliri 48,8 faiz – 4,22 trilyon Koreya vonunadək (4 milyard dollar) azalıb. Hesabat dövründə satış həcmi 20,65 faiz – 47,45 trilyon vonadək (45,2 milyard dollar) aşağı düşüb. İyul-sentyabrda əməliyyat gəliri 4,06 trilyon von (3,8 milyard dollar) təşkil edib. Göstərici ilin ilə nisbətində 60,04 faiz azalıb.
“Samsung Electronics” elektronika, yarımkeçirici, telekommunikasiya avadanlığı, yaddaş çipi, maye-kristal displey, mobil telefon və monitor istehsalçısı olmaqla beynəlxalq şirkətdir. Mənzil-qərargahı paytaxt Seulda yerləşən şirkətdə dünyanın 80 ölkəsində 286 min nəfər işçi çalışır. Şirkətin kapitallaşma dəyəri 178,11 trilyon von təşkil edir, - “TASS” yazır.
Cənubi Koreya şirkəti 2015-ci ildə yeni smartfon modellərinin buraxılışını azaldacaq
Cənubi Koreyanın "Samsung” elektronika istehsalçısı 2015-ci ildə yeni smartfon modellərinin buraxılışını azaldacaq. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib. Məlumata görə, şirkət bununla mənfəəti aşağı salmamaq üçün xərcləri azaltmaq niyyətindədir.“Samsung”un investorlarla əlaqə üzrə departamentinin rəhbəri Robert Yinin sözlərinə görə, şirkət model sırasını 25-30 faiz azaltmaq istədiyini bildirsə də, hansı modellərinin istehsalının dayandırılacağı barədə dəqiq məlumat verməyib.
Oktyabrın sonunda “Samsung” bəyan edib ki, 2014-cü ilin üçüncü rübündə gəliri 48,8 faiz – 4,22 trilyon Koreya vonunadək (4 milyard dollar) azalıb. Hesabat dövründə satış həcmi 20,65 faiz – 47,45 trilyon vonadək (45,2 milyard dollar) aşağı düşüb. İyul-sentyabrda əməliyyat gəliri 4,06 trilyon von (3,8 milyard dollar) təşkil edib. Göstərici ilin ilə nisbətində 60,04 faiz azalıb.
“Samsung Electronics” elektronika, yarımkeçirici, telekommunikasiya avadanlığı, yaddaş çipi, maye-kristal displey, mobil telefon və monitor istehsalçısı olmaqla beynəlxalq şirkətdir. Mənzil-qərargahı paytaxt Seulda yerləşən şirkətdə dünyanın 80 ölkəsində 286 min nəfər işçi çalışır. Şirkətin kapitallaşma dəyəri 178,11 trilyon von təşkil edir, - “TASS” yazır.
Baxış sayı: 694
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib