12px13px15px17px
Tarix:01/09/11

“Sony” şirkəti başa geyinilə bilən “3D-kinoteatr” hazırlayıb

Yaponiyanın “Sony” şirkəti dünən öz yeni hazırlamasını – istifadəçinin başına taxıla bilən və videoya üçölçülü rejimdə baxmağa icazə verən üçölçülü ekranı təqdim edib. “Sony”-dən bildiriblər ki, yenilik filmə təklikdə baxmaq istəyənlər üçün nəzərdə tutulub.

Şirkətdən bildiriblər ki, “Sony HMZ Personal 3D Viewer” qurğusu Yaponiyada təxminən 60 000 yen və ya 800 dollara satılacaq və noyabr ayının 11-də satışa daxil olacaq.

ABŞ və Avropada qeyri-adi qurğu gələn ilə qədər satılmağa başlayacaq. Şirkətin Tokiodakı təqdimatında “Sony” nümayəndələri qurğuda keyfiyyətli təsvir və kristal kimi təmiz səs olacağına söz veriblər.

“Sony” şirkətindən bildiriblər ki, qurğu “Blu-ray” sürücüsünə və ya “Playstation” oyun konsoluna qoşula bilir, buna görə onun vasitəsilə yalnız filmlərə baxmaq deyil, həm də oyunlar oynamaq olar.

Qurğu 15 yaşına qədər insanlara tövsiyə edilmir, çünki inkişaf edən yeniyetmə nöqteyi-nəzərinə və psixikasına təsir edə bilər.



Baxış sayı: 1158

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024