12px13px15px17px
Tarix:25/11/14

İsrail şirkəti 30 saniyəyə enerji toplayan smartfon akkumulyatoru yaradacaq

İsrailin "StoreDot" şirkəti smartfonu bir neçə saniyəyə, elektromobili bir neçə dəqiqəyə enerji ilə doldurmağa imkan verən texnologiya hazırlamasını açıqlayıb. Bu barədə "Reuters" agentliyi məlumat verib.
 
Az vaxt ərzində çox enerji toplayan batareyanın prototipi nanotexnologiyalar bazası əsasında ərsəyə gətirilib. Tərtibatçıların sözlərinə görə, innovativ texnologiya peptid ailəsindən olan bioüzvi  molekullardan istifadəni (nanodots) nəzərdə tutur. Bu elementlər enerjinin toplanması sürətinə və onun akkumulyatorda saxlanma müddətinə müsbət təsir göstərir.
 
Prototipin kütləvi istehsalına uzun müddət qalsa da, tərtibatçılar artıq 2016-cı ildə smartfonlar üçün 30 saniyəyə enerji toplaya bilən və gün ərzində əlavə enerji toplamadan işləyən akkumulyatoru bazara çıxarmaq niyyətindədirlər. Hazırda şirkət bu məqsəd üçün investorlardan 48 milyon dollar cəlb edib.
 
Texnologiyanın real şəkildə həyata keçiriləcəyi təqdirdə potensial baxımdan o, iki dinamik inkişaf edən seqmenti – mobil qurğular və elektromobillər bazarını əvəz edə bilər. Elektromobillər bazarı adətən gecə vaxtı enerji ilə doldurulur, lakin gələcəkdə enerji toplama sürəti 2-3 dəqiqəyədək azala bilər, - "Lenta" yazır.
 



Baxış sayı: 936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024