12px13px15px17px
Tarix:28/11/14

Dünyada 8 milyon server "Windows Server 2003” əsasında işləyir

Hazırda dünyada 8 milyon server "Windows Server 2003" əməliyyat sistemi əsasında işləyir.
 
Qeyd edək ki, "Microsoft" korporasiyası sistem üçün düzəlişlərin buraxılışını 2015-ci il iyulun 14-dən dayandıracaq. Bu, serverlərin yenilənməsi üçün stimul olmalı idi, lakin "Tech Data" şirkətinin rəhbəri Bob Dutkovskinin sözlərinə görə, belə tendensiya hələ ki müşahidə olunmur.
 
"Hazırda bizim çoxlu iş gördüyümüzü demək düzgün olmazdı. Fərdi kompüterlərin yenilənməsi ilə bağlı vəziyyətə nəzər salsaq görərik ki, vəziyyət eynidir. Əvvəlcə hər şey yavaş-yavaş gedir, sonradan vaxtı çatanda onlar yenilənir", - B.Dutkovski telefon konfransı zamanı bildirib.
 
Ekspertin sözlərinə görə, sistemin dəstəklənmə müddətinin başa çatmasına kifayət qədər vaxt var və şirkətlər bunu planlaşdırma mərhələsindədir. "Şirkətlər vaxtın daraldığını görməsə, hərəkətə keçməyəcəklər", - o əlavə edib.
 
"HP Enterprise Group" şirkətinin vitse-prezidenti Bill Veqtenin məlumatına görə, ötən yayın əvvəlində "Windows Server 2003" əsasında 11 milyon server işləyib ki, bunun da 2,7 milyonu Avropada yerləşir.
 
"Gartner" analitik şirkətinin ekspertləri  bildiriblər ki, hazırda bu əməliyyat sisteminin idarəetməsi ilə 8 milyon server işləyir ki, bunun da dörddə iki-üç hissəsi cari ilin sonunadək əvəzlənəcək, - "SecurityLab " yazır.  
 



Baxış sayı: 598

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024