12px13px15px17px
Tarix:01/12/14

“HTC” şirkəti ucuz “Desire 620” Dual SİM smartfonunu nümayiş etdirib

“HTC” şirkəti “Desire 620” smartfonunu nümayiş etdirib. LTE şəbəkəsini dəstəkləyən və dəstəkləməyən (620G) iki model əlçatan olacaq. LTE modemli aparat 1,2 QHs takt tezlikli 64 bit dördnüvəli “Snapdragon 410” çipi, “620G” modeli isə 1,3 QHs takt tezlikli səkkiznüvəli “MediaTek MT6592” prosessoru ilə təchiz edilib.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, yeni aparatların başqa xarakteristikaları eynidir. Hər iki qurğu HD təsvir ölçülü 5 düymlük ekran, 8 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralar, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşa (microSD slotu var) malikdir. Akkumulyatorun tutumu 2100 milliamper/saat təşkil edir, “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
 
“HTC Desire 620” aparatının satışları dekabrın 1-nə planlaşdırılıb, böyük model 225, kiçik model isə 160 dollara satılacaq. Tayvan şirkətinin qurğuların tədarük coğrafiyasını genişləndirmək niyyəti bilinmir.
 
Emil Hüseynov



Baxış sayı: 881

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Noyabr 2024

27 11 2024