Tarix:10/12/14
2014-cü ilin aprelində “Nokia” Çennai şəhərində yerləşən mobil qurğu istehsalı üzrə zavod istisna olmaqla bütün telefon aktivlərini “Microsoft” korporasiyasına satıb. Zavod “Nokia”nın Hindistan hakimiyyəti tərəfindən vergidən yayınmada günahlandırılmasına görə ABŞ istehsalçısının mülkiyyətinə keçməyib. Noyabrda isə fabrik fəaliyyətini dayandırıb. 6500 işçinin təxminən 5 mini pul kompensasiyası müqabilində işdən könüllü çıxmaq barədə ərizə yazıb.
Hindistana rəsmi səfərə gələn Aİ səfiri Juau Kravinonun sözlərinə görə, bağlanan zavod Tamilandın Avropa investorları üçün cəlbediciliyi baxımından əhəmiyyətli olub.
“Ştat hökumətinin müəssisəyə kömək etməməsini başa düşə bilmirəm. Bunun nəticəsində adamların çoxu işini itirib”, - “J.Kravino deyib.
Ştatın hakim partiyasının nümayəndəsi bəyanata cavab olaraq bildirib ki, hökumət baş verənlərdən kənarda qalmayıb və fabrikin fəaliyyətinin bərpa olunması və infrastrukturun təmini üçün bir sıra tədbirlər görüb. Onun sözlərinə görə, zavodun fəaliyyətinin dayandırılmasının qarşısını almaq mümkün olmasa da, bu fakt İT ixracına əhəmiyyətli təsir göstərməyəcək, - "DailyComm ” yazır.
Avropa İttifaqı Hindistan hakimiyyətini Finlandiya şirkətinin fabrikini bağlamaqda günahlandırıb
Avropa İttifaqı (Aİ) Finlandiyanın “Nokia” şirkətinin Tamiland ştatında yerləşən iri fabrikinin fəaliyyətinin dayandırılmasına görə məsuliyyəti Hindistan hakimiyyətinin daşımasını açıqlayıb. Hakimiyyət nümayəndələri qeyd edirlər ki, müəssisənin bağlanması ölkənin informasiya texnologiyaları (İT) iqtisadiyyatına təsir göstərməyəcək.2014-cü ilin aprelində “Nokia” Çennai şəhərində yerləşən mobil qurğu istehsalı üzrə zavod istisna olmaqla bütün telefon aktivlərini “Microsoft” korporasiyasına satıb. Zavod “Nokia”nın Hindistan hakimiyyəti tərəfindən vergidən yayınmada günahlandırılmasına görə ABŞ istehsalçısının mülkiyyətinə keçməyib. Noyabrda isə fabrik fəaliyyətini dayandırıb. 6500 işçinin təxminən 5 mini pul kompensasiyası müqabilində işdən könüllü çıxmaq barədə ərizə yazıb.
Hindistana rəsmi səfərə gələn Aİ səfiri Juau Kravinonun sözlərinə görə, bağlanan zavod Tamilandın Avropa investorları üçün cəlbediciliyi baxımından əhəmiyyətli olub.
“Ştat hökumətinin müəssisəyə kömək etməməsini başa düşə bilmirəm. Bunun nəticəsində adamların çoxu işini itirib”, - “J.Kravino deyib.
Ştatın hakim partiyasının nümayəndəsi bəyanata cavab olaraq bildirib ki, hökumət baş verənlərdən kənarda qalmayıb və fabrikin fəaliyyətinin bərpa olunması və infrastrukturun təmini üçün bir sıra tədbirlər görüb. Onun sözlərinə görə, zavodun fəaliyyətinin dayandırılmasının qarşısını almaq mümkün olmasa da, bu fakt İT ixracına əhəmiyyətli təsir göstərməyəcək, - "DailyComm ” yazır.
Baxış sayı: 658
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib