Tarix:10/12/14
Sərgidə sahəsi 120 kv.m olan Azərbaycan Milli Yüksək Texnologiyalar pavilyonu təşkil edilib və Azərbaycandan 25 şirkətdən 60 nəfərlik heyətlə iştirak edilib.
Sərginin açılış mərasimində Qətərin baş naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani, informasiya və kommunikasiya texnologiyaları naziri Hessa Sultan Əl-Cabir, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture və "Ooredoo Group"un Direktorlar Şurasının sədri Şeyx Abdullah bin Məhəmməd bin Səud Al Tani çıxış edib.
Nazir Əli Abbasov açılış mərasimində və çoxsaylı sessiyalarda iştirak edib, bir sıra görüşlər keçirib.
Açılış mərasimində nazir Əli Abbasov "Rəqəmli fərqliliyin aradan qaldırılması", "Geniszolaqlı internetin universal xidmətə çevrilməsi üçün addımlar" və "Çevik idarəçilik: Rəqəmli iqtisadiyyatın inkişafı panellərində məruzəçi kimi iştirak edib.
Səfər zamanı nazir Ə.Abbasov Rusiyanin rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov və Qətərin informasiya və kommunikasiya texnologiyaları naziri xanım Hessa Sultan Əl-Caber ilə ikitərəfli görüşlər keçirib və əməkdaşlıq məsələlərini müzakirə edib.
Əli Abbasov "Arabsat", "Airbus Defence and Space", "Cisco", "Alcatel Lucent" şirkətlərinin və UNESCO-nun rəhbər və nümayəndələri ilə də görüşlər keçirib.
Səfər çərçivəsində həmçinin "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da imzalanıb.
Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayev və səfirliyin əməkdaşları keçirilən tədbirlərdə iştirak ediblər.
Azərbaycan “ITU Telecom World 2014” sərgisində fəal iştirak edib (FOTOLAR)
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılığı ilə Azərbaycan Respublikasının İKT sektorunun dövlət və özəl, ictimai qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti dekabrın 7-dən 11-dək Qətərin Doha şəhərində keçirilən və telekom dünyasının əsas tədbirlərindən hesab olunan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "ITU Telecom World 2014" sərgisində iştirak edib.Sərgidə sahəsi 120 kv.m olan Azərbaycan Milli Yüksək Texnologiyalar pavilyonu təşkil edilib və Azərbaycandan 25 şirkətdən 60 nəfərlik heyətlə iştirak edilib.
Sərginin açılış mərasimində Qətərin baş naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani, informasiya və kommunikasiya texnologiyaları naziri Hessa Sultan Əl-Cabir, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture və "Ooredoo Group"un Direktorlar Şurasının sədri Şeyx Abdullah bin Məhəmməd bin Səud Al Tani çıxış edib.
Nazir Əli Abbasov açılış mərasimində və çoxsaylı sessiyalarda iştirak edib, bir sıra görüşlər keçirib.
Açılış mərasimində nazir Əli Abbasov "Rəqəmli fərqliliyin aradan qaldırılması", "Geniszolaqlı internetin universal xidmətə çevrilməsi üçün addımlar" və "Çevik idarəçilik: Rəqəmli iqtisadiyyatın inkişafı panellərində məruzəçi kimi iştirak edib.
Səfər zamanı nazir Ə.Abbasov Rusiyanin rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov və Qətərin informasiya və kommunikasiya texnologiyaları naziri xanım Hessa Sultan Əl-Caber ilə ikitərəfli görüşlər keçirib və əməkdaşlıq məsələlərini müzakirə edib.
Əli Abbasov "Arabsat", "Airbus Defence and Space", "Cisco", "Alcatel Lucent" şirkətlərinin və UNESCO-nun rəhbər və nümayəndələri ilə də görüşlər keçirib.
Səfər çərçivəsində həmçinin "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da imzalanıb.
Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayev və səfirliyin əməkdaşları keçirilən tədbirlərdə iştirak ediblər.
Baxış sayı: 1367
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir