12px13px15px17px
Tarix:11/12/14

“Wi-Fi” çaydan istehsal edilib

“Polaris” şirkəti “PWK 1792CGL” adlı “Wi-Fi” çaydan buraxıb. “iOS” və “Android” platformaları ilə işləyən smartfon və ya planşetin köməyi ilə bu çaydanı uzaq məsafədən idarə etmək olar.

Bunun üçün xüsusi hazırlanmış "Polaris. Ağıllı çaydan" mobil tətbiqini yükləmək lazımdır.
 
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, mobil tətbiq 12 avtomatik multiproqramdan ibarətdir. Proqramlar müxtəlif çay və qəhvə növlərinin dəmlənməsi üçün qaynadılmış suyun temperaturunu tənzimləməyə imkan verir. Məsələn, çay həvəskarları "Hind çayı" və ya "Puer" rejimini işə sala biləcək. Proqramı quraşdırmaq kifayətdir, su qaynadıqda mobil tətbiq bu haqda bildirəcək. Bu halda eyni zamanda iki qurğudan çaydana qoşulmaq olar. Mobil tətbiqin malik olduğu bir sıra faydalı seçimlər çaydandan rahat və əlverişli istifadəyə imkan verəcək. "Saf su" funksiyası çaydandakı mayenin vaxtının keçdiyini və onu dəyişdirməyi xatırladacaq. Suyun miqdarının avtomatik təyini çaydanı doldurmaq haqda bildirəcək.
 
Belə çaydan 2014-cü ilin dekabrında satışa çıxarılacaq.
 
Emil Hüseynov




Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024