12px13px15px17px
Tarix:17/12/14

“Windows Phone 8” sistemli smartfonları jestlərlə idarə etmək mümkün olacaq

“Microsoft” korporasiyası “Windows Phone 8” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün “Gestures” (Jestlər) əlavəsinin beta versiyasını təqdim edib.

Əlavə smartfonları ekrana toxunmadan jestlərlə (əl hərəkətləri ilə) idarə etməyə imkan verir. Proqramı “Windows Phone Store” əlavələr mağazasından yükləmək olar.
 
Proqram təminatı yalnız “Windows Phone 8” və “Windows Phone 8.1” sistemli smartfonları dəstəkləyir. Yeni proqramın funksiyasının təsvirində qeyd edildiyinə görə, "Lumia 630”, “Lumia 635” və “Lumia 530” smartfon modellərində "Gestures Beta” əlavəsinin funksionallığı məhdudlaşdırılıb.
 
Əlavə smartfonun xüsusi jestlər vasitəsilə bir sıra funksiyalarını idarə etməyə imkan verir. Belə ki, istifadəçilər smartfonu qulağa yaxınlaşdırmaqla zəngə cavab verə, qurğunun ekranını daxil olan zəngin səsini kəsmək üçün arxa tərəfə çevirə və ya danışıq zamanı smartfonu düz yerdə ekran üzərində qoymaqla səsli rabitəni işə sala bilərlər. 
 
ABŞ korporasiyası hazırda əlavəni sınaqdan keçirərək gələcəkdə onu “Windows 10” əməliyyat sistemində də buraxmağı planlaşdırır, - “Lenta” yazır.
 



Baxış sayı: 836

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024