12px13px15px17px
Tarix:02/09/11

“Toshiba” dünyada ən nazik 10 düymlü planşet təqdim edib

“Toshiba” şirkəti “İFA 2011” (2-7 sentyabr, Berlin, Almaniya) sərgisində “Android 3.2” (Honeycomb) platformasında işləyən “AT200” planşet kompyuterini təqdim edib.

İstehsalçılar yeniliyi dünyada ən nazik 10,1 düymlü planşet adlandırıblar. Onun korpusunun qalınlığı 7,7 millimetrdir.

Müqayisə üçün: “iPad 2” və “Samsung Galaxy Tab 10.1” planşetlərində bu göstərici müvafiq olaraq 8,8 və 8,6 millimetr təşkil edir.

“Toshiba AT200” planşetinin əsasını 1.2 QHz takt tezlikli 2 nüvəli “Tİ OMAP 4430” prosessoru təşkil edir; əməli yaddaş tutumu 1 QBayta bərabərdir.

Ekranın kəskinliyi 1280×800 nöqtədir. Kompyuter “MicroSD” slotuna malikdir, 5 meqapiksel arxa kamera, 2 meqapiksel matrislə ön kameraya, “Wi-Fi” və “Bluetooth” adapterlərinə, akselerometr, jiroskop (hər cür vəziyyətdə öz sabitliyini mühafizə edən sərbəst oxlu cihaz), işıqlanma dərəcəsi tənzimləyicisinə, “GPS” qəbulediciyə, “MicroUSB” və “MicroHDMİ” portlarına malikdir. İnteqrasiya edilmiş fləş modulun tutumu 64 QBayta qədərdir. Planşetin ölçüləri 256×176×7,7 millimetr, çəkisi isə 560 qramdır.






Baxış sayı: 2318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024