12px13px15px17px
Tarix:19/12/14

“BMW” şirkəti “CES 2015” sərgisində çoxmərtəbəli qarajda avtomatik parketmə sistemini nümayiş edəcək

Hazırda bir çox istehsalçılar avtomobillərin elektron tərkibinə, o cümlədən sürücüsüz maşının idarəetməsi sistemlərinə xüsusi diqqət yetirirlər.
 
“ICTnews” xəbər xidmətinin “www.ferra.ru” saytına istinadən verdiyi məlumata əsasən, Almaniyanın “BMW” avtokonserni rəsmi şəkildə “CES 2015” sərgisi çərçivəsində “Remote Valet Parking Assistant” adlı sistemi nümayiş edəcəyini elan edib. Bu sistem problemsiz maşını parketmə üçün lazım olan yeri, hətta çoxmərtəbəli qarajda tapmağa imkan verir və ən təhlükəsiz marşrutu seçir.
 
Avtoparketmə sisteminin işi  haqda təfərrüatlar o qədər də çox deyil, yalnız o məlumdur ki, o Las-Veqasda “BMW i3” modeli üzərində nümunə kimi göstəriləcək. Sistemə ətraf mühiti müayinə etməyə, ətrafdakı obyektləri və əngəlləri eyniləşdirməyə kömək edən dörd lazer skaneri daxildir.
 
Maraqlısı odur ki, sistemi avtomobilə sürücünün iştirakı olmadan sərbəst parketmə yeri tapmağa imkan verən smart-saatlar vasitəsilə aktivləşdirmək olacaq.

Aynur Vəliyeva
 



Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024