12px13px15px17px
Tarix:02/09/11

“HTC” şirkəti “Windows Phone Mango” əməliyyat sistemi ilə işləyən ilk smartfonlarını təqdim edib (VİDEO)

“HTC” şirkəti “İFA 2011” (2-7 sentyabr, Berlin, Almaniya) sərgisində “Radar” və “Titan” smartfonlarını təqdim edib. Smartfonlar oktyabr ayında satışa çıxarılacaq.

Təqdim edilmiş aparatlar “HTC” şirkətinin “Windows Phone 7.5” (Mango) platformasında hazırlanan ilk smartfonlarıdır.

Onlar monoblok formfaktorda hazırlanıblar, “GPS” qəbuledicisinə, “Wi-Fi” və “Bluetooth” simsiz rabitə adapterlərinə, işıqlanma dərəcəsinə və yaxınlaşma tənzimləyicilərinə malikdirlər.

“Radar” modeli 3,8 düym sensor ekrana (800×480 nöqtə), 1 QHz takt tezlikli 1 nüvəli prosessora, “Adreno 205” qrafik kontrollerinə, 512 MB əməli yaddaşa və 8 QB tutumlu fləş modula malikdirlər. 5 meqapikselli arxa kamera (720p formatında videoyazma dəstəklənir) və 0,3 meqapikselli ön kamera mövcuddur. Ölçüləri 120,5×61,5×10,9 millimetr, çəkisi isə 137 qramdır.

“Titan” smartfonu isə 800×480 nöqtə kəskinlikli 4,7 düym sensor ekranla, 1,5 QHz takt tezlikli çiplə, 512 MB əməli yaddaşla, 16 QB fləş daşıyıcı ilə və 8 meqapiksel əsas kamera ilə təchiz olunub. Qabaritləri 70,7×131,5×9,9 millimetr, çəkisi isə 160 qramdır. “Radar” və “Titan” smartfonlarının qiyməti müvafiq olaraq təxminən 400 və 600 avro təşkil edəcək.






Baxış sayı: 1757

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024