Tarix:05/01/15
“Xiaomi Redmi 2” başlanğıc səviyyəli aparatdır, məşhur “Redmi 1S” modelini əvəz edəcək. Sözügedən qurğu 1280 x 720 piksel təsvir ölçülü 4,7 düymlük ekran, 8 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralar, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. Həmçinin 1.2 QHs takt tezlikli 64 bitlik dördnüvəli “Qualcomm 410” prosessoru, “Adreno 306” qrafikası, “4G” dəstəkli SİM kartlar üçün iki slota malikdir.
"ICTnews" elektron xəbər xidməti “hi-tech.mail.ru” saytına istinadən bildirir ki, “Redmi 2” aparatı “MIUI 6” interfeysli “Android” əməliyyat sistemi ilə işləyir.
Smartfonun ölçüləri 134x67,2x9,4 mm, çəkisi 133 qram təşkil edir. “Samsung” istehsalı olan akkumulyatorun tutumu 2200 milliamper/saatdır.
Yeni qurğu Çində yanvarın 9-da bir neçə rəngli (qara, ağ, həmçinin çəhrayı, sarı və yaşıl) korpusda satışa çıxarılacaq. “Redmi 2” smartfonunun satış qiyməti təxminən 110 dollardır.
Emil Hüseynov
“Redmi 2” smartfonu rəsmən elan edilib
Çinin “Xiaomi” şirkəti öz yeni “Redmi 2” modelini nümayiş etdirib.“Xiaomi Redmi 2” başlanğıc səviyyəli aparatdır, məşhur “Redmi 1S” modelini əvəz edəcək. Sözügedən qurğu 1280 x 720 piksel təsvir ölçülü 4,7 düymlük ekran, 8 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralar, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. Həmçinin 1.2 QHs takt tezlikli 64 bitlik dördnüvəli “Qualcomm 410” prosessoru, “Adreno 306” qrafikası, “4G” dəstəkli SİM kartlar üçün iki slota malikdir.
"ICTnews" elektron xəbər xidməti “hi-tech.mail.ru” saytına istinadən bildirir ki, “Redmi 2” aparatı “MIUI 6” interfeysli “Android” əməliyyat sistemi ilə işləyir.
Smartfonun ölçüləri 134x67,2x9,4 mm, çəkisi 133 qram təşkil edir. “Samsung” istehsalı olan akkumulyatorun tutumu 2200 milliamper/saatdır.
Yeni qurğu Çində yanvarın 9-da bir neçə rəngli (qara, ağ, həmçinin çəhrayı, sarı və yaşıl) korpusda satışa çıxarılacaq. “Redmi 2” smartfonunun satış qiyməti təxminən 110 dollardır.
Emil Hüseynov
Baxış sayı: 979
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib