Tarix:06/01/15
"ZenFone 2" smartfonu "Full HD" (403 ppi) təsvir ölçülü 5.5 düymlük "TruVivid" sensor ekranı və "Gorilla Glass 3" qoruyucu şüşəsi ilə təchiz edilib. İddialara görə, ekranın rəngötürücülüyü və baxış bucağı rəqiblərlə müqayisədə daha yaxşıdır.
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "Zenfone 2" smartfonunda ikiqat işıq diodu işıqlandırıcısı və zəif işıqlandırma şəraitində fotoşəkillərin keyfiyyətini yüksəldən "PixelMaster" texnologiyasına malik 13 meqapiksellik kamera istifadə olunur. İstehsalçının məlumatına əsasən, sözügedən aparatın kamerası "iPhone 6 Plus", "Samsung Galaxy Note 4" və başqa qabaqcıl smartfonlarla müqayisədə daha yaxşı çəkir. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.
Aparat eyni anda iki SİM kart dəstəkləyir. Məlumatların saxlanılması üçün yaddaşın həcmi 16-64 QB arasında dəyişir, bundan başqa, 64 QB-dək tutumda "microSD" kartları dəstəklənir. Qurğu 3000 milliamper/saat tutumunda akkumulyator batareyası və "LTE Cat 4" modulu ilə təchiz edilib.
Qara, boz, ağ, qırmızı və qızılı korpuslarda əlçatan olacaq qurğunun satışlarına bu ilin martında start veriləcək.
Emil Hüseynov
Dünyanın 4 QB əməli yaddaşla təchiz edilmiş ilk smartfonu nümayiş olunub
"Asus" şirkəti "CES 2015" beynəlxalq elektronika sərgisində 2,3 QHs takt tezlikli "Intel Atom Z3580" prosessoru və 4 QB əməli yaddaşla təchiz edilmiş qabaqcıl "Asus ZenFone 2" smartfonunu nümayiş etdirib. Qurğu "Android 5.0 Lollipop" platforması ilə işləyir."ZenFone 2" smartfonu "Full HD" (403 ppi) təsvir ölçülü 5.5 düymlük "TruVivid" sensor ekranı və "Gorilla Glass 3" qoruyucu şüşəsi ilə təchiz edilib. İddialara görə, ekranın rəngötürücülüyü və baxış bucağı rəqiblərlə müqayisədə daha yaxşıdır.
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "Zenfone 2" smartfonunda ikiqat işıq diodu işıqlandırıcısı və zəif işıqlandırma şəraitində fotoşəkillərin keyfiyyətini yüksəldən "PixelMaster" texnologiyasına malik 13 meqapiksellik kamera istifadə olunur. İstehsalçının məlumatına əsasən, sözügedən aparatın kamerası "iPhone 6 Plus", "Samsung Galaxy Note 4" və başqa qabaqcıl smartfonlarla müqayisədə daha yaxşı çəkir. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.
Aparat eyni anda iki SİM kart dəstəkləyir. Məlumatların saxlanılması üçün yaddaşın həcmi 16-64 QB arasında dəyişir, bundan başqa, 64 QB-dək tutumda "microSD" kartları dəstəklənir. Qurğu 3000 milliamper/saat tutumunda akkumulyator batareyası və "LTE Cat 4" modulu ilə təchiz edilib.
Qara, boz, ağ, qırmızı və qızılı korpuslarda əlçatan olacaq qurğunun satışlarına bu ilin martında start veriləcək.
Emil Hüseynov
Baxış sayı: 939
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib