Tarix:06/01/15
"ICTnews" elektron xəbər xidməti "macradar.ru" saytına istinadən bildirir ki, "Montblanc" şirkətinin "ağıllı saat"ı fiziki aktivlik trekeri, sensor örtüklü 0,9 düymlük ağ-qara rəngli "OLED" ekrandan ibarətdir. Bu ekran (istehsalçı onu "e-Strap" adlandırır) "iPhone" və ya başqa smartfondan fiziki aktivlik və "push" bildirişlər haqda məlumatları göstərə bilir.
Elektron məktublar, mətn mesajları, daxil olan zənglər, sosial şəbəkələrdən bildirişlər və yeniləmələr dəstəklənir. Fitnes imkanlarına gəlincə, "ağıllı" saat sərf olunmuş kalorini, qət edilmiş məsafəni və addımların sayını hesablayır.
"Find Me" funksiyası 30 metr məsafədə telefonu tapmağa kömək edəcək. "Montblanc" şirkətinin məlumatına görə, bu saat 5 günədək avtonom işləyə bilir.
"e-Strap" qayışına və smart funksiyalara malik "Montblanc" "ağıllı" saatı yaxın vaxtlarda satışa çıxarılacaq və satış qiyməti 3 min avro təşkil edəcək.
Emil Hüseynov
“Montblanc” öz “ağıllı” saatını nümayiş etdirib
Tanınmış "Montblanc" brendi "ağıllı" daşınan cihazlar istiqamətində ilk addım atıb. Amma alman şirkəti "Android Wear" platforması ilə işləyən fitnes qolbaq və ya "ağıllı" saat deyil, əvəzində "ağıllı" funksiyalarla təchiz olunmuş klassik zərif xronometr buraxıb."ICTnews" elektron xəbər xidməti "macradar.ru" saytına istinadən bildirir ki, "Montblanc" şirkətinin "ağıllı saat"ı fiziki aktivlik trekeri, sensor örtüklü 0,9 düymlük ağ-qara rəngli "OLED" ekrandan ibarətdir. Bu ekran (istehsalçı onu "e-Strap" adlandırır) "iPhone" və ya başqa smartfondan fiziki aktivlik və "push" bildirişlər haqda məlumatları göstərə bilir.
Elektron məktublar, mətn mesajları, daxil olan zənglər, sosial şəbəkələrdən bildirişlər və yeniləmələr dəstəklənir. Fitnes imkanlarına gəlincə, "ağıllı" saat sərf olunmuş kalorini, qət edilmiş məsafəni və addımların sayını hesablayır.
"Find Me" funksiyası 30 metr məsafədə telefonu tapmağa kömək edəcək. "Montblanc" şirkətinin məlumatına görə, bu saat 5 günədək avtonom işləyə bilir.
"e-Strap" qayışına və smart funksiyalara malik "Montblanc" "ağıllı" saatı yaxın vaxtlarda satışa çıxarılacaq və satış qiyməti 3 min avro təşkil edəcək.
Emil Hüseynov
Baxış sayı: 660
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib