Tarix:07/01/15
Smartfon 1280x720 piksel təsvir ölçülü 5 düymlük sensor “IPS” ekran, 1.7 QHs takt tezlikli səkkiznüvəli “MediaTek” prosessoru ilə təchiz edilib və “Android 4.4.2 KitKat” əməliyyat sistemi quraşdırılıb.
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, əlbəttə ki, fotoaparat brendinin smartfonunda kameralar böyük maraq doğurur. “Kodak IM5” smartfonu 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Amma interfeysin müvafiq böyük düymələrinin mövcudluğu nəticəsində çəkilmiş materialı tez bir şəkildə sosial şəbəkə və ya çapa göndərmək olar.
Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 8 QB təşkil edir, həmçinin “microSD” yaddaş kartlarından istifadə etmək olar. “Kodak IM5” smartfonu eyni zamanda iki SİM kart dəstəkləyir və çəkisi 120 qramdır. Bu qurğunun cari ilin birinci rübündə Avropada 299 avroya satışa çıxarılacağı gözlənilir.
Emil Hüseynov
“CES 2015”: “Kodak” şirkəti “IM5” smartfonunu nümayiş etdirib
“Kodak” şirkəti “CES 2015” beynəlxalq elektronika sərgisində “IM5” adlanan ilk smartfonunu nümayiş etdirib. Qurğu “Bullitt” şirkəti tərəfindən istehsal edilib, amma “Kodak” brendi adı altında satılacaq.Smartfon 1280x720 piksel təsvir ölçülü 5 düymlük sensor “IPS” ekran, 1.7 QHs takt tezlikli səkkiznüvəli “MediaTek” prosessoru ilə təchiz edilib və “Android 4.4.2 KitKat” əməliyyat sistemi quraşdırılıb.
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, əlbəttə ki, fotoaparat brendinin smartfonunda kameralar böyük maraq doğurur. “Kodak IM5” smartfonu 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Amma interfeysin müvafiq böyük düymələrinin mövcudluğu nəticəsində çəkilmiş materialı tez bir şəkildə sosial şəbəkə və ya çapa göndərmək olar.
Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 8 QB təşkil edir, həmçinin “microSD” yaddaş kartlarından istifadə etmək olar. “Kodak IM5” smartfonu eyni zamanda iki SİM kart dəstəkləyir və çəkisi 120 qramdır. Bu qurğunun cari ilin birinci rübündə Avropada 299 avroya satışa çıxarılacağı gözlənilir.
Emil Hüseynov
Baxış sayı: 664
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib