Tarix:07/01/15
“Android TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyən modellər yaxşılaşdırılmış səs sistemi və təkmilləşdirilmiş “X1” təsvir emalı prosessoru ilə seçilir.
Yaponiya istehsalçısının televizorları mikrofonla təchiz edilən pultla tədarük edilir. Mikrofon qurğunu səslə idarə etmək üçün nəzərdə tutulub.
Bundan başqa, yeni “Sony” televizorları dizaynı və nazikliyi ilə fərqlənir. Məsələn, qabaqcıl “X940C” modelinin qalınlığı cəmi 4,9 mm təşkil edir ki, bu da “iPhone 6” smartfonundan nazikdir. Satışına yazda başlanılacaq televizorların qiyməti hazırda məlum olmasa da, onların yüksək olacağı ehtimal edilir.
Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “4K” formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək, - “Onliner” yazır.
“Sony” şirkəti “4K” televizorlar təqdim edib
Yaponiyanın “Sony” şirkəti Las-Veqasda keçirilən “Consumer Electronics Show 2015” (CES) istehlak elektronikası sərgisində 43-75 düym diaqonallı ekrana malik “4K” formatlı televizorlar nümayiş etdirib.“Android TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyən modellər yaxşılaşdırılmış səs sistemi və təkmilləşdirilmiş “X1” təsvir emalı prosessoru ilə seçilir.
Yaponiya istehsalçısının televizorları mikrofonla təchiz edilən pultla tədarük edilir. Mikrofon qurğunu səslə idarə etmək üçün nəzərdə tutulub.
Bundan başqa, yeni “Sony” televizorları dizaynı və nazikliyi ilə fərqlənir. Məsələn, qabaqcıl “X940C” modelinin qalınlığı cəmi 4,9 mm təşkil edir ki, bu da “iPhone 6” smartfonundan nazikdir. Satışına yazda başlanılacaq televizorların qiyməti hazırda məlum olmasa da, onların yüksək olacağı ehtimal edilir.
Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “4K” formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək, - “Onliner” yazır.
Baxış sayı: 1659
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib