12px13px15px17px
Tarix:07/01/15

“Samsung” şirkəti yeni smartfonlarını nümayiş etdirib

Cənubi Koreyanın “Samsung” şirkəti gözlənilən “Galaxy S6” smartfonunun əvəzinə “Galaxy E7” və “E5” modellərini elan edib. Yeni qurğular gənc auditoriya üçün nəzərdə tutulub.

Sözügedən modelləri artıq Hindistanda satın almaq olar, daha sonra bu qurğular başqa ölkələrdə satışa çıxarılacaq. Qurğuların satış qiyməti müvafiq olaraq 350 və 300 dollar təşkil edir.

"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Samsung Galaxy E7” smartfonu 5.5 düymlük “Super AMOLED” ekranı, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş, “microSD” slotu, 13 meqapiksellik kamera və 2950 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. Telefonun ölçüləri 151x77×7,3 mm təşkil edir.


“Galaxy E5” smartfonunun xarakteristikaları bir az zəifdir: 1,5 QB əməli yaddaş, 2400 milliamper/saat tutumlu batareya, 8 meqapiksellik kamera, 5 düymlük ekran. Aparatın ölçüləri 142×70×7,3 mm təşkil edir. Hər iki model eyni anda iki SİM kart dəstəkləyir.


Emil Hüseynov



Baxış sayı: 979

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024