Tarix:08/01/15
Nazirlikdən qeyd edilib ki, ötən il bu təbəqədən olan 367 nəfər şəxsi peşə hazırlığına cəlb edilib ki, həmin şəxslərdən də 272 nəfəri ƏƏSMN-in Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) kompüter istifadəçisi, dərzi, toxucu, xalçaçı, aşpaz, bərbər və s. peşələr üzrə təlim keçiblər. Mərkəzdə peşə təlimində olduqları müddətdə onlar eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin ediliblər.
Qalan 95 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan gözdən əlilliyi olan 60 nəfər şəxs üçün brayl sistemi üzrə xüsusi peşə təlimi kursları təşkil olunub. Peşə reabilitasiyasına cəlb olunan və təlimi uğurla başa vuran əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər aparılıb.
Xatırladaq ki, ötən il DMX ümumilikdə 3786 nəfər vətəndaşı peşə hazırlığı kurslarına cəlb edib.
Həqiqət İSABALAYEVA
Sağlamlıq imkanları məhdud gənclərə kompüter bacarıqları aşılanıb
Sağlamlıq imkanları məhdud gənclərə kompüter bacarıqları aşılanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aparılan bu tədbir əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədi daşıyır.Nazirlikdən qeyd edilib ki, ötən il bu təbəqədən olan 367 nəfər şəxsi peşə hazırlığına cəlb edilib ki, həmin şəxslərdən də 272 nəfəri ƏƏSMN-in Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) kompüter istifadəçisi, dərzi, toxucu, xalçaçı, aşpaz, bərbər və s. peşələr üzrə təlim keçiblər. Mərkəzdə peşə təlimində olduqları müddətdə onlar eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin ediliblər.
Qalan 95 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan gözdən əlilliyi olan 60 nəfər şəxs üçün brayl sistemi üzrə xüsusi peşə təlimi kursları təşkil olunub. Peşə reabilitasiyasına cəlb olunan və təlimi uğurla başa vuran əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər aparılıb.
Xatırladaq ki, ötən il DMX ümumilikdə 3786 nəfər vətəndaşı peşə hazırlığı kurslarına cəlb edib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 839
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib