Tarix:09/01/15
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "Saygus V2" modeli yalnız iki slotun mövcudluğu ilə deyil, həm də qabaqcıl xarakteristikaları ilə öyünə bilər. Qurğu 1920x1080 piksel (445 ppi) təsvir ölçülü və "Gorilla Glass 4" qoruyucu şüşəsinə malik 5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli "Qualcomm" prosessoru, 3 QB əməli yaddaş, 21 meqapiksellik əsas və 13 meqapiksellik ön kameralar, simsiz enerjidoldurma və barmaq izlərinin skaneri ilə təchiz edilib.
"V2" aparatında daxili fləş daşıyıcısının həcmi 64 QB təşkil edir. 128 QB-dək tutumda kartlardan istifadəyə imkan verən iki ədəd "Micro SD" slotunun hesabına maksimal yaddaşın tutumu 320 QB təşkil edir. Smartfon 3100 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Qurğunun korpusu alüminium və kevlar materialından hazırlanıb.
Yeni qurğunun ölçüləri 67x137x9,7 mm, çəkisi isə 141 qram təşkil edir. Həmçinin "NFC", "Bluetooth 4.0", "GPS", "Wi-Fi" modulları, infraqırmızı port mövcuddur. Smartfonda, həmçinin "Harman Kardon" texnologiyasının dəstəyi ilə stereodinamiklər quraşdırılıb. Aparat "GSM" və "CDMA" şəbəkələrində işləyir, "LTE" şəbəkəsini dəstəkləyir. Qurğu "Android" platformasının "4.4.4 KitKat" versiyası ilə işləyir.
Qurğunun ilk nüsxələri 2015-ci ilin əvvəlində satışa çıxarılacaq.
Emil Hüseynov
320 QB tutumunda rekord daxili yaddaşa malik smartfon
"Saygus" şirkəti "CES 2015" sərgisində 320 QB tutumunda rekord daxili yaddaşa malik smartfonunu təqdim edib. "Saygus V2" modelində "Micro SD" formatını dəstəkləyən iki ədəd slot var."ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "Saygus V2" modeli yalnız iki slotun mövcudluğu ilə deyil, həm də qabaqcıl xarakteristikaları ilə öyünə bilər. Qurğu 1920x1080 piksel (445 ppi) təsvir ölçülü və "Gorilla Glass 4" qoruyucu şüşəsinə malik 5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli "Qualcomm" prosessoru, 3 QB əməli yaddaş, 21 meqapiksellik əsas və 13 meqapiksellik ön kameralar, simsiz enerjidoldurma və barmaq izlərinin skaneri ilə təchiz edilib.
"V2" aparatında daxili fləş daşıyıcısının həcmi 64 QB təşkil edir. 128 QB-dək tutumda kartlardan istifadəyə imkan verən iki ədəd "Micro SD" slotunun hesabına maksimal yaddaşın tutumu 320 QB təşkil edir. Smartfon 3100 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Qurğunun korpusu alüminium və kevlar materialından hazırlanıb.
Yeni qurğunun ölçüləri 67x137x9,7 mm, çəkisi isə 141 qram təşkil edir. Həmçinin "NFC", "Bluetooth 4.0", "GPS", "Wi-Fi" modulları, infraqırmızı port mövcuddur. Smartfonda, həmçinin "Harman Kardon" texnologiyasının dəstəyi ilə stereodinamiklər quraşdırılıb. Aparat "GSM" və "CDMA" şəbəkələrində işləyir, "LTE" şəbəkəsini dəstəkləyir. Qurğu "Android" platformasının "4.4.4 KitKat" versiyası ilə işləyir.
Qurğunun ilk nüsxələri 2015-ci ilin əvvəlində satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 867
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib