Tarix:15/01/15
"ICTnews" elektron xəbər xidməti “russian.rt.com” saytına istinadən bildirir ki, “Google Project Ara” iddialı layihəsi sayəsində istifadəçilər yeni müasir cihazların çıxarılması zamanı öz smartfonunu yalnız yeniləməyəcək, həm də qurğuların sınması zamanı detallarını əvəzləyəcək.
Aparatın əsas bazası karkası formalaşdırır ki, bu hissəyə də istənilən modulu quraşdırmaq mümkün olacaq. Dəstə olduqca geniş əlavə element dəsti – ekran, kamera, prosessor, əməli yaddaş qurğuları, saat, akkumulyator və sairə daxil olacaq. İstənilən detalı ayrı-ayrılıqda satın almaq mümkün olacaq.
“Google”un rəhbərliyi “Project Ara” layihəsi üçün start meydançası kimi Puerto-Rikonu ona görə seçib ki, adıçəkilən ölkənin əhalisi müxtəlif tip smartfon və əməliyyat sisteminə üstünlük verir.
Sözügedən cihazın dəqiq çıxarılma tarixi məlum deyil.
“Google”dan başqa, həmçinin müvafiq layihələri reallaşdıran bir neçə şirkət var. “Nokia”nın keçmiş əməkdaşları tərəfindən təsis edilmiş “Vsenn” brendi tezliklə bahalı seqmentə məxsus öz smartfon-konstruktorunu təqdim edəcək.
Finlandiyanın “Circular Devices” startapının hazırladığı “Puzzlephone” üç moduldan ibarət olacaq. Birinci modula ekran, dinamika və karkas, ikinciyə akkumulyator və əlavə elektron komponentlər, üçüncüyə isə prosessor və kamera daxildir.
Emil Hüseynov
“Google” yeni “Project Ara” konstruktor telefonunun satışına başlayacaq
ABŞ-ın “Google” şirkətinin ən gözlənilən cihazlarından biri modulyar smartfondur. Bu qurğuya istənilən əlavə hissəni (fləş yaddaşdan termometrədək) bərkitmək mümkün olacaq. “Project Ara”nın istehlak bazarı üçün pilot variantı, nəhayət, bu il işıq üzü görəcək. Yeni cihazı ilk olaraq Puerto-Rikoda satın almaq mümkün olacaq."ICTnews" elektron xəbər xidməti “russian.rt.com” saytına istinadən bildirir ki, “Google Project Ara” iddialı layihəsi sayəsində istifadəçilər yeni müasir cihazların çıxarılması zamanı öz smartfonunu yalnız yeniləməyəcək, həm də qurğuların sınması zamanı detallarını əvəzləyəcək.
Aparatın əsas bazası karkası formalaşdırır ki, bu hissəyə də istənilən modulu quraşdırmaq mümkün olacaq. Dəstə olduqca geniş əlavə element dəsti – ekran, kamera, prosessor, əməli yaddaş qurğuları, saat, akkumulyator və sairə daxil olacaq. İstənilən detalı ayrı-ayrılıqda satın almaq mümkün olacaq.
“Google”un rəhbərliyi “Project Ara” layihəsi üçün start meydançası kimi Puerto-Rikonu ona görə seçib ki, adıçəkilən ölkənin əhalisi müxtəlif tip smartfon və əməliyyat sisteminə üstünlük verir.
Sözügedən cihazın dəqiq çıxarılma tarixi məlum deyil.
“Google”dan başqa, həmçinin müvafiq layihələri reallaşdıran bir neçə şirkət var. “Nokia”nın keçmiş əməkdaşları tərəfindən təsis edilmiş “Vsenn” brendi tezliklə bahalı seqmentə məxsus öz smartfon-konstruktorunu təqdim edəcək.
Finlandiyanın “Circular Devices” startapının hazırladığı “Puzzlephone” üç moduldan ibarət olacaq. Birinci modula ekran, dinamika və karkas, ikinciyə akkumulyator və əlavə elektron komponentlər, üçüncüyə isə prosessor və kamera daxildir.
Emil Hüseynov
Baxış sayı: 790
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib