Tarix:21/01/15
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "ZTE Blade V2" adlı yeni qurğu 1,2 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik 64 bitlik "Qualcomm Snapdragon 410" prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib. Daxili fləş daşıyıcının həcmi 8 QB təşkil edir. Əlavə rəqəmli məzmunu "microSD" çıxarılıb taxılan daşıyıcılarında yadda saxlamaq olar.
Aparat 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib. Çin istehsalçısı əsas kamera üçün işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik təsvir ötürücüsü, ön kamera üçün 5 meqapiksellik matrisdən və jestlərin köməyi ilə çəkilişi idarəetmə funksiyasından istifadə edib.
Cihazın elektron içliyi 2400 milliamper/saat tutumunda akkumulyator batareyası ilə enerji toplayır. Smartfon "LTE" şəbəkəsində işləyəcək.
"ZTE Blade V2" smartfonunun satış qiyməti, həmçinin satış tarixi açıqlanmayıb.
Emil Hüseynov
Çin şirkəti “selfi” həvəskarları üçün ucuz smartfonunu nümayiş etdirib
Mobil telefon kamerası ilə avtoportretlərinin yaradılması üzrə populyar trendə uyğun Çinin "ZTE" şirkəti 5 meqapiksellik ön fotomodulla təchiz edilmiş ucuz smartfonunu hazırlayıb."ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "ZTE Blade V2" adlı yeni qurğu 1,2 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik 64 bitlik "Qualcomm Snapdragon 410" prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib. Daxili fləş daşıyıcının həcmi 8 QB təşkil edir. Əlavə rəqəmli məzmunu "microSD" çıxarılıb taxılan daşıyıcılarında yadda saxlamaq olar.
Aparat 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib. Çin istehsalçısı əsas kamera üçün işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik təsvir ötürücüsü, ön kamera üçün 5 meqapiksellik matrisdən və jestlərin köməyi ilə çəkilişi idarəetmə funksiyasından istifadə edib.
Cihazın elektron içliyi 2400 milliamper/saat tutumunda akkumulyator batareyası ilə enerji toplayır. Smartfon "LTE" şəbəkəsində işləyəcək.
"ZTE Blade V2" smartfonunun satış qiyməti, həmçinin satış tarixi açıqlanmayıb.
Emil Hüseynov
Baxış sayı: 616
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib