12px13px15px17px
Tarix:31/01/15

Yaponiya şirkəti Çində televizor istehsalını dayandırır

Yaponiyanın "Panasonic" şirkəti Çində yerləşən zavodunda televizor istehsalının dayandırılması barədə qərar qəbul edib. Bu barədə yerli "Kiodo" agentliyi məlumat verib.
 
Şirkət hər il Çin bazarı üçün 200 min ədəd məhsulun hazırlandığı Şandun əyalətindəki zavodda istehsal prosesini cümə günü dayandırıb. Zavodun idarəetməsini həyata keçirən vençur operator şirkəti yaxın vaxtlarda ləğv ediləcək, orada çalışan əməkdaşlar isə işdən azad olunacaq. Bu, "Panasonic"in 2013-cü ildə Şanxaydakı zavod fəaliyyətini dayandırdıqdan sonra Çində yerləşən yeganə sənaye kompleksi idi.  
 
Bildirilir ki, şirkət Meksikada yerləşən zavodunu da satmağı düşünür. Hər il "Panasonic" dünyada 7 milyon televizor satır, lakin son illər bu biznes şirkətə istehlakçılar tərəfindən tələbatın kəskin azalması səbəbindən ziyan gətirməyə başlayıb. Məhz xərclərin azaldılaraq istehsalın yenidən qurulması üçün Çindəki zavodun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib, - "TASS" yazır.  




Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024