12px13px15px17px
Tarix:02/02/15

İngiltərədə cərrahi robotun köməyi ilə ilk əməliyyat baş tutub

“Da Vinci Xi” kimi tanınan tibbi robot ilk dəfə İngiltərədə cərrahi əməliyyatın keçirilməsində istifadə olunub.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, robot 4 “ələ” malikdir və onun idarəetməsi üçün iki təlim keçmiş cərrah lazımdır. “Da Vinci Xi” tibbi robotunun əsas üstünlüyü keçirilmiş əməliyyatın dəqiqliyindədir. Robot standart invaziv prosedurlarla müqayisədə insan orqanizminə müdaxiləni azaltmağa imkan verir.

İnsanın bədənində kəsiklərin az olması nəticəsində o, əməliyyat zamanı daha az qan itirir, daha tez bərpa olur və əməliyyatdan sonrakı dövrdə daha az ağrı hiss edir.

“Da Vinci Xi” robotuna sahib klinika hər iş günü onu əməliyyat üçün 1-2 dəfə istifadə etməyi planlaşdırır və belə robotlarla işləmək üçün daha 30 nəfəri öyrətməyə hazırlaşır.

Emil Hüseynov
 




Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024