Tarix:03/02/15
Əl dərisinin altına yerləşdirilən “RFID” çip qapı kilidlərini açmağa və ofis avadanlığını işə salmağa imkan verir. Düyü dənəsi boyda olan elektron çipin dəri altına yerləşdirilməsi ilə bağlı təklifi İsveçin “Epicenter” yüksək texnologiyalar şirkətinin yüzlərlə əməkdaşı alıb.
Korporativ çiplərin yerləşdirilməsinin təşkilatçısı qismində yerli "BioNyfiken” biohakerlər qrupu çıxış edib. Təşkilat nümayəndələri ümid edirlər ki, belə implantlar gələcəkdə adi hala çevriləcək. Çipin köməyi ilə şirkət əməkdaşları yeməkxanada naharı ödəyə və ya iş yerinə girib-çıxa biləcəklər. Bu qurğular iş kontaktlarını saxlaya, eləcə də smartfonlar üçün əlavələrlə işləyə bilir.
“Epicenter” rəhbərliyi ümid edir ki, gələcəkdə şirkətin 700 əməkdaşının hamısı korporativ çip daşıyıcısı olacaq. Onların sözlərinə görə, texnologiyanı çiplərin yerləşdirilməsi mütləq olmazdan və kütləvi xarakter almazdan əvvəl necə işləməsini anlamaq lazımdır.
“Biz daima texnologiyalarla qarşılıqlı əlaqədəyik. Bu gün biz PİN kod və parollardan istifadə edirik. Əldən - adi intuitiv hərəkətdən istifadə etmək daha asan olmazmı?” - "BioNyfiken” qrupunun çiplərin yerləşdirilməsi üçün məsul işçisi Hannes Soblad bildirib.
Onun sözlərinə görə, biz texnologiyanı iri şirkətlər və ya hökumət çipi əməkdaşların dərisinin altına yerləşdirməyə başlamazdan əvvəl başa düşmək istəyirik, - "Hi-News” yazır.
İsveç şirkəti əməkdaşların dərisinin altına çip yerləşdirir
İsveç şirkətlərindən biri ofis əməkdaşlarının dərisinin altına elektron çip implantasiya etməyə başlayıb. Kiçik simsiz qurğular plastik buraxılış kartları əvəzinə istifadə olunacaq.Əl dərisinin altına yerləşdirilən “RFID” çip qapı kilidlərini açmağa və ofis avadanlığını işə salmağa imkan verir. Düyü dənəsi boyda olan elektron çipin dəri altına yerləşdirilməsi ilə bağlı təklifi İsveçin “Epicenter” yüksək texnologiyalar şirkətinin yüzlərlə əməkdaşı alıb.
Korporativ çiplərin yerləşdirilməsinin təşkilatçısı qismində yerli "BioNyfiken” biohakerlər qrupu çıxış edib. Təşkilat nümayəndələri ümid edirlər ki, belə implantlar gələcəkdə adi hala çevriləcək. Çipin köməyi ilə şirkət əməkdaşları yeməkxanada naharı ödəyə və ya iş yerinə girib-çıxa biləcəklər. Bu qurğular iş kontaktlarını saxlaya, eləcə də smartfonlar üçün əlavələrlə işləyə bilir.
“Epicenter” rəhbərliyi ümid edir ki, gələcəkdə şirkətin 700 əməkdaşının hamısı korporativ çip daşıyıcısı olacaq. Onların sözlərinə görə, texnologiyanı çiplərin yerləşdirilməsi mütləq olmazdan və kütləvi xarakter almazdan əvvəl necə işləməsini anlamaq lazımdır.
“Biz daima texnologiyalarla qarşılıqlı əlaqədəyik. Bu gün biz PİN kod və parollardan istifadə edirik. Əldən - adi intuitiv hərəkətdən istifadə etmək daha asan olmazmı?” - "BioNyfiken” qrupunun çiplərin yerləşdirilməsi üçün məsul işçisi Hannes Soblad bildirib.
Onun sözlərinə görə, biz texnologiyanı iri şirkətlər və ya hökumət çipi əməkdaşların dərisinin altına yerləşdirməyə başlamazdan əvvəl başa düşmək istəyirik, - "Hi-News” yazır.
Baxış sayı: 880
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib