12px13px15px17px
Tarix:05/02/15

“Samsung”un kvant televizorlarının qiyməti 5 min dollardan yüksəkdir

“Samsung” şirkəti söz verdiyi kimi, kvant nöqtələri texnologiyası üzrə istehsal edilmiş ilk televizorlarının satışına başlayıb. Amma yeni televizorların satış qiyməti bahadır.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Cənubi Koreya bazarında kvant nöqtəsi texnologiyasına əsaslanan “Samsung SUHD TV” qövsvari televizorları əlçatan olub. 55 düymlük ekranla təchiz edilmiş ən ucuz model 5 min dollara təklif edilir. Bundan başqa, mağazalarda 65, 78 və 88 düymlük ekranla təchiz edilmiş modellər əlçatandır.
 
İstehsalçı bildirib ki, yaxın vaxtlarda Avropa və ABŞ-da “Tizen” əməliyyat sistemi ilə işləyən bu qurğuları satın almaq mümkün olacaq.
 
2015-ci ildə “Samsung” ümumilikdə 60 milyon televizor satmağı planlaşdırır ki, onların da təxminən 6 milyonu kvant nöqtəsi texnologiyasına əsaslanan aparatların payına düşəcək.
 
“Samsung”un televiziya biznesinin rəhbəri Xen Suk Kim deyib ki, cari ildə gözlənilən valyuta məzənnələrinin əlverişsizliyinə baxmayaraq, şirkət bahalı televizor bazarında gəlirini artırmaq üçün maksimum səy göstərəcək.
 
Emil Hüseynov
 




Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024