Tarix:07/02/15
Məhsulun hazırlanması və eynəklərin satışı cari ilin yanvarında dayandırılıb. Yeni versiya sıfırdan hazırlanacaq.
İstehsala nəzarət “iPod” və digər qurğuların bazara çıxarılmasında əməyi olan “Apple” şirkətinin keçmiş dizayneri Toni Fadellə həvalə olunub. O, ötən ildən “Google”da çalışmağa başlayıb.
Qeyd olunur ki, yeni eynəklər şirkətin öz işçi qüvvəsi ilə hazırlanacaq, proses qapalı olacaq, ictimaiyyətə qurğunun yalnız son variantı təqdim ediləcək.
“Google Glass” eynəyi ilk dəfə 2011-ci ildə təqdim olunub. Rəsmi təqdimat 2012-ci ilin ortalarında “Google” tərtibatçılarının konfransında baş tutub.
Qeyd edək ki, “Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.
Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth”un köməyi ilə “Glass”ın smartfonla birlikdə işləməsi mümkün olur, - “BBC” yazır.
“Google Glass” layihəsi yenidən işə salınır
“Google” şirkəti şəffaf displey və kamera ilə təchiz edilən "Google Glass” eynək layihəsini yenidən işə salmaq qərarına gəlib.Məhsulun hazırlanması və eynəklərin satışı cari ilin yanvarında dayandırılıb. Yeni versiya sıfırdan hazırlanacaq.
İstehsala nəzarət “iPod” və digər qurğuların bazara çıxarılmasında əməyi olan “Apple” şirkətinin keçmiş dizayneri Toni Fadellə həvalə olunub. O, ötən ildən “Google”da çalışmağa başlayıb.
Qeyd olunur ki, yeni eynəklər şirkətin öz işçi qüvvəsi ilə hazırlanacaq, proses qapalı olacaq, ictimaiyyətə qurğunun yalnız son variantı təqdim ediləcək.
“Google Glass” eynəyi ilk dəfə 2011-ci ildə təqdim olunub. Rəsmi təqdimat 2012-ci ilin ortalarında “Google” tərtibatçılarının konfransında baş tutub.
Qeyd edək ki, “Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.
Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth”un köməyi ilə “Glass”ın smartfonla birlikdə işləməsi mümkün olur, - “BBC” yazır.
Baxış sayı: 657
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib