12px13px15px17px
Tarix:09/02/15

“Ubuntu” platformasında ilk smartfon nümayiş etdirilib

“Ubuntu” əməliyyat sistemi ilə işləyən ilk smartfon nümayiş etdirilib. Aparat “Aquaris E4.5 Ubuntu Edition” adlandırılıb.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Ubuntu” sisteminin yaradıcısı 2013-cü ilin yayından vəsait toplanılması kampaniyasına başlayıb. Məqsəd 32 milyon məbləğində vəsaitin yığılması idi. Nəticədə yalnız 12,8 milyon dollar toplanılmışdı.

Buna baxmayaraq, istehsalçılar “Ubuntu” əsaslı smartfonun buraxılış planından imtina etməyiblər. Nəticədə İspaniyanın “BQ” şirkəti “Aquaris E4.5 Ubuntu Edition” smartfonunu buraxıb. “Canonical” şirkətinin press-relizinə əsasən, aparat yaxın həftələrdə Avropada  əlçatan olacaq. Qurğunun satış qiyməti 170 avro təşkil edəcək.

“Aquaris E4.5 Ubuntu Edition” smartfonu 960x540 təsvir ölçülü 4,5 düymlük ekran, 1,3 QHs takt tezlikli dördnüvəli “MediaTek” prosessoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1 QB təşkil edir. 8 QB tutumunda fləş yaddaş quraşdırılıb. Həmçinin 8 və 5 meqapiksellik kameralar quraşdırılıb.

Emil Hüseynov



Baxış sayı: 937

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024