Tarix:10/02/15
"ICTnews" elektron xəbər xidməti "it-weekly.ru" saytına istinadən bildirir ki, hazırda Çində robot bazarının həcmi ildə 9,5 milyard dollara çatır və əgər müvafiq proqram təminatı, periferiya və mühəndis xidmətlərini də bu seqmentə daxil etsək, o zaman bu məbləğ 29 milyard dollar təşkil edir.
Bu halda Çin hələ ki bu sahədə birinci pillədə deyil: indi ölkədə hər bir 10 min işçiyə yalnız 30 robot (Cənubi Koreyada 437, Yaponiyada 323, Almaniyada 282 və ABŞ-da 152) düşür. Qeyd edək ki, "Global and China Industrial Robot Report" sənədində yazılıb ki, dünyada hər bir 10 min işçiyə orta hesabla 62 robot düşür ki, bu da Çinin göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Rusiyaya gəlincə, vəziyyət ürəkaçan deyil: 10 min işçiyə cəmi 2 robot düşür.
"Reuters" agentliyinin materialında qeyd edilir ki, Yaponiyanın sənaye robot istehsalçıları hələ ki 60 faiz göstərici ilə robot bazarında liderdir. Eyni zamanda Çin istehsalçıları öz bazar payını artırırlar, indi bu göstərici təxminən 25 faiz təşkil edir. "Global and China Industrial Robot Report" sənədinə əsasən, hazırda Çində satışların 74 faizi xarici istehsalçıların payına düşür. Çin hakimiyyəti isə yerli şirkətləri məhz Çin istehsalı olan sənaye robotlarını satın almağa məcbur edir.
Eyni zamanda "Grand View Research"in proqnozuna görə, 2020-ci ilədək qlobal sənaye robotları bazarının həcmi 40 milyard dollara çatacaq.
Emil Hüseynov
2020-ci ilədək qlobal sənaye robotları bazarının həcmi 40 milyard dollara çatacaq
2017-ci ildə Çində dünyanın istənilən başqa ölkəsi ilə müqayisədə daha çox sənaye robotu olacaq. Bu haqda Beynəlxalq Robot Texnikası Federasiyasına (International Federation of Robotics) istinadən "Reuters" agentliyi yazıb."ICTnews" elektron xəbər xidməti "it-weekly.ru" saytına istinadən bildirir ki, hazırda Çində robot bazarının həcmi ildə 9,5 milyard dollara çatır və əgər müvafiq proqram təminatı, periferiya və mühəndis xidmətlərini də bu seqmentə daxil etsək, o zaman bu məbləğ 29 milyard dollar təşkil edir.
Bu halda Çin hələ ki bu sahədə birinci pillədə deyil: indi ölkədə hər bir 10 min işçiyə yalnız 30 robot (Cənubi Koreyada 437, Yaponiyada 323, Almaniyada 282 və ABŞ-da 152) düşür. Qeyd edək ki, "Global and China Industrial Robot Report" sənədində yazılıb ki, dünyada hər bir 10 min işçiyə orta hesabla 62 robot düşür ki, bu da Çinin göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Rusiyaya gəlincə, vəziyyət ürəkaçan deyil: 10 min işçiyə cəmi 2 robot düşür.
"Reuters" agentliyinin materialında qeyd edilir ki, Yaponiyanın sənaye robot istehsalçıları hələ ki 60 faiz göstərici ilə robot bazarında liderdir. Eyni zamanda Çin istehsalçıları öz bazar payını artırırlar, indi bu göstərici təxminən 25 faiz təşkil edir. "Global and China Industrial Robot Report" sənədinə əsasən, hazırda Çində satışların 74 faizi xarici istehsalçıların payına düşür. Çin hakimiyyəti isə yerli şirkətləri məhz Çin istehsalı olan sənaye robotlarını satın almağa məcbur edir.
Eyni zamanda "Grand View Research"in proqnozuna görə, 2020-ci ilədək qlobal sənaye robotları bazarının həcmi 40 milyard dollara çatacaq.
Emil Hüseynov
Baxış sayı: 1036
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib