12px13px15px17px
Tarix:12/02/15

“Sony” şirkəti yeni “Xperia E4” smartfonunu təqdim edib

Barselonada keçiriləcək “MWC 2015” sərgisi ərəfəsində “Sony” şirkəti yeni “Xperia E4” smartfonunu təqdim edib. Yeni modelin özəlliyi daha çox avtonom iş müddətinə malik olmasıdır.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, aparat 960x540 piksel təsvir ölçülü ekran və 1.3 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6582” prosessoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1 QB, fləş yaddaşın tutumu 8 QB (istifadəçi üçün yalnız 5 QB əlçatandır) təşkil edir, “microSD” yaddaş kartları üçün slot quraşdırılıb. Smartfona quraşdırılmış kameraların təsvir ölçüsü müvafiq olaraq 5 və 2 meqapikseldir.

“Xperia E4” aparatı “LTE” şəbəkəsini dəstəkləmir, amma ənənəvi simsiz rabitə modullarına (“Wi-Fi” və “Bluetooth 4.1”) malikdir. “Android” mobil platformasının “4.4.4 KitKat” versiyası quraşdırılıb. Qurğunun ölçüləri 137×74,6×10,5 mm, çəkisi 144 qramdır. Akkumulyator batareyasının tutumu 2300 milliamper/saatdır. Şarjın qənaəti üçün “Stamina” və “Ultra Stamina” funksiyaları dəstəklənir.

Cari ilin fevralında yeni qurğu satışa çıxarılacaq. “Xperia E4” smartfonunun satış qiyməti bildirilməyib.

Emil Hüseynov
 

 



Baxış sayı: 949

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024